Tarixde Bugün - 19 Mart

Son güncelleme:
  • 19 mart. İlin sonuna 287 gün qalır.

    1405. Əmir Teymur vəfat edib

    1474. Venesiyada ixtiraların mühafizəsi haqqında qanun qəbul edilib. Bu, müəllif hüquqları barədə tarixdə ilk qanun hesab olunur

    1813. Şotland səyyah David Livinqston anadan olub

    1899. "Castrol" şirkəti təsis edilib

    1903. İlk türk idman klubu "Beşiktaş JK" təsis edilib

    1910. Səttarxan və Bağır xan Təbrizdən Tehrana yola düşüb

    1915. İlk dəfə Pluton planetinin şəkli çəkilib

    1923. Zaqafqaziya kommunist təşkilatının I qurultayı keçirilib

    1925. N.Nərimanov Moskvada müəmmalı şəkildə vəfat edib

    1953. Oskar mükafatının təqdimat mərasimi ilk dəfə televiziyada yayımlanıb

    1958. Strasburqda Avropa Parlamentinin ilk iclası keçirilib

    1994. Bakı Metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. Partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib. Həlak olanların siyahısı stansiya çıxışına vurulub.

    1994. Xalq artisti Rafiq Babayev vəfat edib

    2006. Aleksand Lukaşenko təkrarən Belarus prezidenti seçilib

    2007. Prezident İlham Əliyevin 560 saylı fərmanı ilə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti" təsis edilib...
0 0 0