""Kurtlar Vadisi Pusu"filminin bir bölümü Azərbaycanda çəkilə bilər".
Lent.az-ın məlumatına görə, bu sözləri ölkəmizdə səfərdə olan Türkiyəli aktyor, filmin baş qəhrəmanı Polad Aləmdar rolunun ifaçısı Necati Şaşmaz jurnalistlərə açıqlamasında deyib.
N.Şaşmaz bildirib ki, bundan əvvəl filminin bir neçə bölümü Türkiyədən kənarda çəkilib: "ABŞ-da, Suriyada çəkilmiş bölümlərimiz var. Mümkündür ki, bir bölüm də Azərbaycanda çəkilsin. Bunun necə olacağına isə ssenari müəllifləri qərar verəcəklər".
Hazırda Qəbələ rayonunda istirahət guşələrində olan Şaşmaz onu da deyib ki, Qəbələyə gələrkən yolda bu barədə qardaşı, filmin müəlliflərindən biri olan Raci Şaşmazla da söhbətləri olub.