Oslo - Ölkələrinə görə coğrafiya - Norveç - Norveç coğrafiyası - Ölkələrinə görə dağlar - Norveç coğrafiyası - Ölkələrinə görə şəlalələr - Norveç dağları
Oslo (norv. Oslo, 1624-cü ildən 1925-ci ilədək Kristianiya adlanıb) - Norveçin paytaxtı və ən böyük şəhəridir. Əhalisinin sayı 557,052 nəfərdir (2007). Bunun 22%-ni immiqrantlar təşkil edir.
Maraqlı yerləri
* Akerhus qala-qəsri
* Norveç Mədəniyyət Tarixi Muzeyi (Norsk Folkemuseum)
* Silahlı Qüvvələr muzeyi
* Şəhər Darvazası - Nobel sülh mükafatı burada verilir.
* Tarix muzeyi
* Müasir sənətlət muzeyi
* Holmenkollen xizək tramplini- 1952-ci il Qış Olimpiya oyunlarının və Holmenkollen xizək festivalının keçirildiyi idman arenası
* Holmenkollen Xizək Muzeyi
* Kon-Tiki muzeyi
* Münk muzeyi
* Akerselva çayı
* Milli qallireya
* Norveç Dəniz Muzeyi
* Fram muzeyi-Fram gəmisinin nümayiş etdirildiyi muzey
* Oslo Şəhər Muzeyi
* Kral sarayı
* Heni-Onstad İncəsənət Mərkəzi
* Oslo (böyük) Kilsəsi
* Norveş Elm və Texnologiyalar Muzeyi
* Storting-parlament binası
* Vigeland parkı
* Vikinq Gəmi muzeyi
* Tryvannstårnet-tele-qülləsi
İqlimi
Ümumilikdə mülayimdir, qış və yay aylarını müqayisə etdikdə havanın temperaturu kəskin fərqlənmir. Orta illik temperatur göstəricisi - +5.3 °C-dir. İyul ayı üçün orta temperatur - +16.6 °C, yanvar ayı üçün isı bu göstərici - -5.8 °C təşkil edir. Atmosfer yağıntılarının miqdarı kifayət qədər yüksəkdir. İllik orta yağıntı göstəricisi - 671 mm təşkil edir.
Tədris müəssisələri
Oslo universiteti
* Oslo Universiteti
* Norveç İdarəetmə İnstutu/Norwegian School of Management
* Norveçin İnformasiya Texnologiyaları İnstitutu/Norwegian School of Information Technology
* Oslo Memarlıq və Layihə İnstitutu/Oslo School of Architecture and Design
* Norveç Musiqi Akademiyası
* Norveç Hərbi Akademiyası