İran Ölkələrinə görə coğrafiya - İran - İran coğrafiyası - İran Ölkələrinə görə dağlar - İran Ölkələrinə görə şəlalələr - İran dağları
Urmiya (fars. ارومیه; türk. Urmu) - İranın Qərbi Azərbaycan ostanının mərkəzi şəhəridir. Şəhər Tehrandan 951 km şimal-şərqdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. 2006-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 583 255 nəfərdir.[1]
Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir.
Tarixi
Urmiyadakı son arxeoloji tapıntılar göstərir ki, regionun tarixi e.ə. 2000-ci ilə gedib çıxır. Bəzi tarixçilərin dediyinə görə, Urmiya Zərdüştün doğulduğu yerdir. Eramızın III əsrində coğrafiya alimləri Urmiyanı Ərdəbil və Marağadan sonra Azərbaycan ərazisində üçüncü böyük şəhər adlandırmışlar.
1944-1945-ci illərdə İranda Cənubi Azərbaycan Demokratik Respublikasının qurulmasında Urmiya əhalisinin böyuk rolu olmuşdur. Urmiyanın Nazlıçay məhəlləsində anadan olmuş Məmməd Əmin Azadvətən (1905-1974) demokratik firqənin məşhur üzvlərindən olmuşdur.
İranda Pəhləvi sülaləsinin hakimiyyəti dövründə şəhərin adi Rzaiyyəyə (رضائیه çevrilir, İslam İnqilabından sonra yenə öz əvvəlki adına qovuşur.
Görməli yerləri
Urmiyada çoxlu tarixi yerlər və abidələr olub. Lakin, bəzi tarixi hadisələr və müxtəlif tayfa və qəbilələrin hücumları üzündən bu abidələr dağıdılmışdır.
1. Urmiya gölü YUNESKO tərəfindən qeydiyyata alınmış Biosfer qoruqlarından biridir.
2. Zənbil, Həftəpə və Qaynaryer mineral və qaynar su mənbələridir.
3. Cahar Bürc binası və İsmail Ağa, Kazım xan, Bardok, Dam Daş və Baxşı Qala qalaları - tarixi və memarlıq abidələri.
4. Köhnə Bazar.
5. Memarlıq, tarix və təbiət muzeyi.
6. Mirdavud məzarı.
7. Əski Cami məscidi, Sərdar və Urmiya minarəsi.
8. Əlavian minbəri və başqa müqəddəs yerlər.[2]
[redaktə / تحریر] Əhali
Əhalisinin əksəriyyəti - təxminən 90%-i Azərbaycan türkləri olmaqla, bir neçə məhəlləsinə köçmüş kürdlər, həmçinin az sayda ermənilər və asurilər də yaşayır.[3]
İnzibati bölgü sistemi
Urmiya beş bölgə və ya nahiyəyə ayrılır:
* Mərkəz: Baranduzçay, Şimali Baranduzçay, Cənubi Bərənduzçay, Baş Qala, Baxşılıçay, Türkmən, Döl, Rzaçay, Cənubi Nazlıçay və Urmiya şəhəri.
* Ənzəli: Cənubi Ənzəli, Şimali Ənzəli. Mərkəzi Quşçudur.
* Silvanə: Tərgavər, Mərgavər, Dəşt. Mərkəzi Silvanədir.
* Somay Bərədost: Cənubi Somay, Şimali Somay, Bərədost. Mərkəzi Serodur.
* Nazlı: Tulatəpə, Nazlıçay, Şimali Nazlıçay. Mərkəzi Nuşindir.
Həmçinin bax
* Cilovluq
* Qərbi Azərbaycan ostanı
* Urmiya gölü
* Azərbaycan
* Bakı
* Təbriz
* Ərdəbil
* Zəncan
* Gəncə
Xarici Keçidlər
Urmiya Dövlət Universiteti
* Qərbi Azərbaycan Ostanın Rəsmi dövlət Saytı - Farsca
* Urmiya rəsmi dövlət saytı - Farsca
* Urmiya bələdiyyəsinin saytı - Farsca
* Urmiya Dövlət Universiteti- Farsca
* Urmiya Dövlət Tibb Universiteti - Farsca
* Urmiya Azad Universiteti - Farsca
* Artemiya Mərkəzi - Farsca
* Urmiya Neft-Kimya Sənayesi - Farsca
* Urmiya şəhərinin məlumat saytı - Farsca - Türkcə (Ərəb əlifbası)
* Kazım daşı (Urmiya gölü)