artın 26-da Azərbaycanın görkəmli səhnə xadimi, Azərbaycan və SSRİ xalq artisti Ələsgər Ələkbərovun 100 illik yubileyidir.
Yubiley münasibəti ilə aprelin 2-də Dövlət Film Fondunda tədbir keçiriləcək. Fonddan Lent.az-a verilən məlumata görə, tədbirdə kinoşünas Aydın Kazımzadə aktyorun həyat və yaradıcılığı haqqında məlumat verəcək. Ayrı-ayrı sənət adamları tərəfindən xatirələr söylənəcək. Ələsgər Ələkbərovun iştirak etdiyi "Lətif", "Almas", "Qara daşlar", "Leyli və Məcnun", "Ögey ana", "Uzaq sahillərdə", "Böyük dayaq" filmlərindən parçalar göstəriləcək.
Film Fondun foyesində isə sənətkarın həyat və yaradıcılığını əks etdirən foto sərgi nümayiş olunacaq.