Əfşarlar - Azərbaycan rəssamları - Azərbaycanlı rəssamlar - Səfəvilər dövrünün sənətkarları - Təbrizdə doğulanlar - 1533-cü ildə doğulanlar - İsfahanda vəfat edənlər - 1613-cü ildə vəfat edənləri
Ərdəbil - İran İslam Respublikasının şimal-qərbində yerləşən tarixi Azərbaycan şəhəridir. Şəhər həm də Ərdəbil ostanının mərkəzidir. Ərdəbilin 5000 ilə yaxın tarixi var. Bu, şumer abidələrində qeyd edilib.[1]
1996-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 340 386 nəfər əhalisi var. Əhalinin əksəriyyəti azərbaycanlılar olmaqla, qalan qismi çox az sayda (1%-dən az) farslardan ibarətdir.
Ərdəbil özünün qalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Həmçinin, İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar.
Şəhərin cənub-qərb hissəsində yerləşən Şorabil gölü və gölün ətrafındakı əyləncə məkanı Ərdəbilin yüksək turizm potensialının göstəricisidir. Bundan əlavə şəhər kənarında yerləşən Səreyn yaşayış məntəqəsi müalicə əhəmiyyətinə malik isti suyu ilə şöhrət qazanmışdır. İstisu özünə həm ölkə daxilindən, həm də ölkə xaricindən hər il minlərlə turist cəlb edir. Savalan dağı isə yay fəslində yerli və xarici alpinistlərin maraq obyektinə çevrilir. Ərdəbil şəhərinin səfalı yerlərindən biri də "Fındıqlıq" adlanan ormanlarıdır ki, Azərbaycanla sərhəddə, Talış dağlarının ətəklərində yerləşir.
Səfəvilər dövlətinin qurulduğu tarix İranın Mədəniyyət şurası tərəfindən Ərdəbil Milli Günü adlandırılıb
Məşhur şəxsləri
Şair və yazıçılar
* Şah İsmayıl
* Mahmud Dəstəpiş
* Əbdullah təvəkkül
* Mirza İsa Xiyali
* Bəhram Ərdəbili
* Rəcəb İbrahimi
* Şəms Əta Ərdəbili
* Riza Seyyed Hüseyni
* İmran Salehi
* Baba Səfəri
* Mir Cəlal Paşayev
* Saleh Ətayi
* Mədinə Gülgün
Alimlər
* Əbəlfəzl Nəbə`i
* Cabir Ənasori
* Ebne Bəzzaz Ərdəbili
* Elias Ərdəbili
* Lahi Ərdəbili
* Məhəmməd Hüseyn Məhdəvi Ərdəbili
Ərdəbilin payız fəsli
Din adamları
* Şeyx Səfiəddin
* Musəvi Ərdəbili
* Əli Meşkini
* Elahi Ərdəbili
Ərdəbilin qiş fəsli
İncəsənət xadimləri
* Nasir Çeşmazər
* Əli Səlimi
* Vədud Müəzzin
* Nəsrullah Nasehpur
* Vəhid Əsədullahi
* Rübabə Muradova
* Əhməd Obalı
* Ramiz Zöhrabov
Siyasətçilər
* Babək Xürrəmi
* Hac Baba Xan Ərdəbili
* Nəzərəli Xan Şahsevən
* Abbas Lisanı
* Seyid Hüseyn Ərdəbili
İdmançılar
* Əli Dayi
* Hüseyn Rzazadə
* Mahmud Savalan
* Şücaət Qane
* Behnam Azər Məcidi
* Səyid Əli Hüseyni