Gürcüstan Novruzu ümummilli bayram elan etdi

Son güncelleme: 22.03.2010 08:28
  • noimage



    Bu bayram bundan sonra Gürcüstanın hər bir yerində qeyd olunacaq

    Gürcüstan dövləti Novruz bayramını ümummilli bayram elan edib. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların yaşadıqları Marneuli rayonuna səfəri zamanı bu barədə məlumat verib. M.Saakaşvili soydaşlarımızı Novruz bayramı münasibəti ilə təbrik edib və deyib ki, Novruz bayramının Gürcüstanın ümummilli bayramı elan edilməsi haqda qərarı ölkə hökuməti tərəfindən qəbul edilib.

    "Biz hamımız, yəni bütün Gürcüstan vətəndaşları vahid dövlətin və vahid cəmiyyətin nümayəndələriyik. Siz bizim qanımız, canımızsınız. Sevincimiz də, kədərimiz də bir olmalıdır. Bu bayram bundan sonra Gürcüstanın hər bir yerində qeyd olunacaq", - deyə prezident əlavə edib.

    LENT.AZ
#22.03.2010 08:28 0 0 0