Cəbhə xəttində atəşkəs rejiminin pozulması davam edir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 21-də saat 19.50-dən 20.35-dək və 21.30-dan 22.15-dək Tərtər rayonunun Qızıl Oba, Yarimca kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 21.35-dən 22.20-dək Ağdam rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub. İtki yoxdur.