Bu gün saat 20 radələrində Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozublar.
Onların Ağdam rayonunun Baş Qərvənd kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədov Rəhman Eldar oğlu aldığı güllə yarasından şəhid olub.
Rəhman Məmmədov Ağdam hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Müddətdən artıq xidmətdə olan hərbi qulluqçu idi.