Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Son güncelleme:
  • noimage

    Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 19-da saat 09.05-dən 09.10-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, saat 21.20-dən 21.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

    Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

    Qaynaq:Lent.az
0 0 0