Roma - İtaliya

Son güncelleme: 23.03.2010 12:04
  • İtaliya adaları - İtaliya coğrafiyası - Ölkələrinə görə şəhərlər - İtaliya qaralamaları - Yeni Roma

    noimage

    Roma (it./lat. Roma) - İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi.

    2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır.

    Adının mənşəyi
    Kapitoli canavarı, Romul və Rem

    Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur.

    Digər bir mənbəyə görə Roma sözü yunan mənşəli Ρώμη (Rome) sözündən olub "hünər, qoçaqlıq" mənasını daşıyır.

    Coğrafiyası
    Romanın 7 təpəsi

    Roma Aralıq dənizindən 26 km aralıda, Apennin dağ silsiləsinin dənizə enən vulkanik mənşəli (sönmüş Alban vulkanına aid) yamacında Tibr çayının sol sahilində yerləşmişdir. Şərqdən Abruzzen və şimaldan Sabin dağları ilə əhatələnmişdir. Şəhər əsasən mərkəzi Palatin olan təpələr üzərində formalaşmışdır. Şəhərin ümumi sahəsi 1285 km², tarixi hissənin sahəsi cəmi 143 km²-dir.

    Təpələrin adları

    * Palatin (Palatinus, Tibr səviyyəsindən 43 m hündürlükdə )
    * Aventin (Palatinus, 39 m )
    * Kapitoli (Capitolinus, 43 m)
    * Kvirinal (Quirinalis, 48 m)
    * Viminale (Viminalis, 48 m)
    * Eskvilin (Esquilinus (Cispius, 46 m və Oppius, 79 m))
    * Çelio (Caelius, 48 m)

    Tarixi
    Romanın antik forum meydanının xarabalığı

    E.ə. I minilliyin əvvəllərində Apennin yarımadasında yaşayan müxtəlif tayfa və xalqlar içərisində ən inkişaf etmiş xalq etrusklar idi. Etruskların azad şəhərləri və on min yazı işarəsi vardı. Apennin yarımadasının mərkəzindəki Latsio vilayətində yaşayan latınların dili ümumi dilə çevrilmişdi. E.ə. 753-cü ildə Tibr çayının 25 kilometrliyində Roma şəhəri salındı. Romanın ən qədim sakinləri özlərini patrisilər adlandırırdılar.

    Roma "Əbədi qızıl şəhər" də adlandırılır. Burada isti və soyuq hovuzları olan termlər (hamamlar) tikilmiş, Romanın ətrafında dəniz döyüşü tamaşası üçün göl yaradılmışdı. Romanın Kapitoli təpəsində sığınacaq məqsədi ilə qala tikilmişdi. Şəhərin bazar meydanı - forumun yaxınlığındakı Palatin təpəsində saraylar ucaldılmışdı. Romanın ən əzəmətli abidələrindən biri Kolizey amfiteatrı idi.
    Kolizey
    Panteon

    Çarlıq və Respublika dövrü

    Romuldan sonra çar Tit Livi Numa Pompili təyin olunur. E.ə. 509-cu ildə çar Tarkvini Superb devrildikdən sonra Roma respublika elan olunur. E.ə. 390-cı ildə keltlərin hücumuna məruz qalan şəhəri qorumaq üçün Servian qala divarları tikilir. E.ə. 312-ci ildə şəhərə su kəməri - Via Appia çəkilir.

    Xalq tribununun yaradıcıları Tiberi və Qay Semproni Qraç öldürüldükdən sonra stabillik pozulur və vətəndaş müharibəsi son həddinə çatır. Məhz bu zaman hakimiyyətə gələn Qay Yuli Sezar özünü diktator elan edərək bir çox islahatlar aparır. Bu vaxtdan Yuli Forumunun tikintisinə başlanılır ki, bu da Romanın ərazisinin genişlənməsinə səbəb olur. E.ə. 44-cü illdə Yuli Sezar sui-qəsd nəticəsində öldürülür.

    İmperiya dövrü
    Roma İmperiyası

    E.ə. I əsrdə artıq milyonluq şəhər Roma İmperiyasının paytaxtına çevrilir. Flavi sülaləsinin zamanında (eramızın 69-96-cı illərində) yeni-yeni suvarma sistemləri, yol şəbəkələri və digər infrastrukturlar yaradılır. Bundan başqa Panteon və digər məbədlər də tikilmişdir. Kolizeyin tikintisinə məhz bu illərdə başlanılmış və II əsrin əvvəllərində Trayanın zamanında tamamlanmışdır. Avrelian qala divarları tikilir. Roma İmperiyasının intibahı məhz bu illərə təsadüf edir.
    [redaktə / تحریر] Orta əsrlər

    Orta əsrlərə Roma süqut etmiş imperiyanın xarabalıqları kimi gəlib çatmışdır. Belə ki, german və slavyan tayfalarının aramsız dağıdıcı hücumlarına tab gətirməyən imperiya süqut edir. Şəhər istila olunur. Təkcə Roma papasının iqamətgahı bu talanlardan kənarda qalır.

    * Qot kralı Alarix 410-cu ildə şəhərə sahib olur.
    * 455-ci ildə barbarlar Romanı yenidən işğal edirlər.
    * 476-cı ildə german Odoakr və sonuncu imperator Romul Avqustul arasındakı sülhə görə Roma qərb torpaqları üzərinəki hakimiyyətini itirir.
    * 800-cü ildə Böyük Karlın və Papa III Leonun zamanında Roma öz nüfuzunu bərpa etməyə başlayır.
    * 843-849-cu illərdə müsəlman ərəblərin müvvəffəqiyyətsiz hücumlarına məruz qalır.
    * 1418-ci ildə kilsə parçalanması (sxizma) nəticəsində Papa geri dönərək Vatikanı özünün qərargahı elan edir.

    Yeni Roma
    Vatikan, Müqqəddəs Pyotr meydanı
    Vatikan, Müqəddəs Pyotr kilsəsi

    1861-ci ildə İtaliya Venesiyanın və kilsə dövləti Vatikanın qəbulundan sonra başda kral Viktor II Emmanuel olmaqla qeyri-məhdud monarxiyaya çevrilir. 26 yanvar 1870-ci ildə kral qoşunları Romaya daxil olur və şəhər birləşmiş İtaliyanın paytaxtı elan edilir. 1922-ci ildə faşistlər hakimiyyətə gəlir və kral tərəfindən Benito Mussolini baş nazir təyin edilir.

    Mussolininin zamanında kilsə dövlət ziddiyyətləri kəskinləşir və 1929-cu ildə kilsə dövləti Vatikan öz müstəqilliyini elan edir.

    İkinci Dünya müharibəsindən sonra 1946-cı ildə kral ölkəni tərk edir və İtaliya Respublikası elan edilir.

    1960-cı ildə Romada XVII Yay Olimpiya oyunları və I Paralimpiya oyunları keçirilmişdir.

    Əhali
    Roma əhalisinin illər üzrə artım cədvəli
    İl/Tarix Nəfər
    330 1 000 000
    410 400 000
    530 100 000
    650 20 000
    1000 20 000
    1000-1300 Artım
    1300 < 50 000
    1400 * 20 000
    1526 50 000-60 000
    1528 ** 20 000-30 000
    1600 100 000
    1750 156 000
    1800 163 000
    1820 139 900
    1850 175 000
    1853 175 800

    Tarix Nəfər
    1858 182 600
    31 dekabr 1861 194 500
    31 dekabr 1871 212 432
    31 dekabr 1881 273 952
    10 fevral 1901 422 411
    10 iyun 1911 518 917
    1 dekabr 1921 660 235
    21 aprel 1931 930 926
    21 aprel 1936 1 150 589
    4 noyabr 1951 1 651 754
    15 oktyabr 1961 2 188 160
    24 oktyabr 1971 2 781 993
    25 oktyabr 1981 2 840 259
    20 oktyabr 1991 2 775 250
    21 oktyabr 2001 2 546 804
    31 dekabr 2005 2 547 677

    (*) Sxizma - kilsənin parçalanması (1309-1376), Vəba epidemiyası (1348-1350)
    (**) Romanın talanı (Sacco di Roma, 1527)

    E.ə. 800-cü ildə Romanın əhalisi kiçik ətraf kəndlərlə birlikdə 1000 nəfərə qədər olmuşdur. İnkişaf edən şəhər sonrakı əsrlərdə meqapolisə çevrilərək əhalisinin sayı 1 milyona çatmışdır. IV əsrdə paytaxt funksiyasının Konstantinopola keçməsi və V əsrdə Şərqi Roma imperiyasının ayrılması əhalinin 100 000 nəfərədək azalmasına səbəb olur. XX əsrdən etibarən Roma yenidən milyonçu şəhərə çevrilir. Hal-hazırda əhali ətraf rayonlarla birgə 2,7 milyon, qeyri-rəsmi məlumatlara görə isə 3 milyondur. Əhalinin 8,4%-ni əcnəbilər təşkil edir.

    İnzibati bölgü
    İnzibati bölgünün xəritəsi

    İmperator Avqusta qədər Roma 4 dairədən ibarət olmuş, onun dövründə isə məhəllələrdən ibarət 14 dairəyə bölünmüşdür.

    VII əsrdə 7 dairədən ibarət olmuşdur. Hal-hazırki Roma 22 inzibati ərazidən ibarətdir.

    * 1. Monti
    * 2. Trevi
    * 3. Colonna
    * 4. Campo Marzio
    * 5. Ponte
    * 6. Parione
    * 7. Regola
    * 8. Sant'Eustachio
    * 9. Pigna
    * 10. Campitelli
    * 11. Sant'Angelo
    * 12. Ripa
    * 13. Trastevere
    * 14. Borgo
    * 15. Esquilino
    * 16. Ludovisi
    * 17. Sallustiano
    * 18. Castro Pretorio
    * 19. Celio
    * 20. Testaccio
    * 21. San Saba
    * 22. Prati

    Siyasət
    Roma bələdiyyəsi (Palazzo Senatorio)

    Covanni Alemanno 28 aprel 2008-ci ildə 53,7% səslə əvvəlki bələdiyyə başçısı Françesko Rutellini üstələyərək Romanın bələdiyyə başçısı seçilmişdir. Kapitolidə yerləşən şəhər bələdiyyəsi 60 nəfərlik icma məclisindən və 15 nəfərlik şəhər məclisindən ibarətdir.

    * 1993-2001 Françesko Rutelli, (Bu gün PD)
    * 2001-2008 Valter Feltroni, (DS, 2007-ci ildən PD)
    * 2008-ci ildən Covanni Alemanno, (PdL)

    İqtisadiyyat

    İkinci Dünya müharibəsi sona çatdıqdan sonra İtaliyanın ən dinamik inkişaf yolu keçmiş şəhəridir. Maşınqayırma, metallurgiya, yüngül, yeyinti, kimya, kağız sənayelərindən və turizmdən ibarət çox şaxəli iqtisadiyyata malikdir. İqlimi və gözəl monumental memarlığı şəhəri kino sənayesinin mərkəzlərindən birinə çevirmişdir. İtaliya üzrə istehsal olunan məhsulun 5%-i Romanın payına düşür. İşsizlik 7,5% təşkil edir.

    Nəqliyyat
    Leonardo da Vinçi və ya Fyumiçino beynəlxalq hava limanı
    Termini vağzalı
    Roma metrosunun sxemi

    Hava limanı

    Leonardo da Vinçi və ya Fyumiçino beynəlxalq hava limanı (it. L'aeroporto di Roma Fiumicino) şəhər mərkəzindən 34 km aralıda yerləşir, 5 terminala malikdir.

    * A. - daxili reyslər
    * AA. - çarter reyslər
    * B. - xarici (Şengen ölkələri)
    * C. - xarici reyslər
    * 5. - xarici həssas reyslər (ABŞ və s.)

    Termini vağzalı

    1867-ci ildən fəaliyyətdədir. Yenidən qurulmuş metal konstruksiyalı qəbul zalının uzunluğu 128 m eni 32 m-dir. Əsasən, İtaliyanın şimal əyalətləri, Paris və Vyana istiqamətlərində xətlərə malikdir. Eyni adlı metro dayanacağına və avtovağzala keçidi var.

    Metropolitana di Roma.svg Metro

    Digər Avropa metroları kimi Roma metrosu da ən rahat ictimai nəqliyyat sayılır. İki - A və B xətlərindən ibarətdir. Birdəfəlik bilet 1 avro, gündəlik 4 avro, həftəlik isə 16 avrodur.

    A (qırmızı) xətti 1980-ci ildə istifadəyə verilmiş, şərqi Roma - "Battistini"dən başlayıb Vatikandan keçməklə dəmir yol vağzalı - Termini və Romanın cənub şərqinə qədər davam edir. Xətt 18,4 km uzunluğa və 27 dayanacağa malikdir.

    B (göy) xətti, 9 fevral 1955-ci ildə istifadəyə verilmiş, cənubi Roma - "Laurentina"dan başlayıb "Ponte Mammolo"dan (avtobus terminalı) keçməklə şimal-şərqə qədər davam edir. Xətt 18,2 km uzunluğa və 22 dayanacağa malikdir.

    C (2015) və D (2019) xətləri tikilməkdədir.

    Feature suburban buses.svg Avtobus

    Çox inkişaf etmiş şəbəkəyə malikdir. Adi günlər 10-20 dəqiqə bazar günləri 20-40 dəqiqəlik intervallarla işləyir.

    Tramvay

    Roma tramvayı 2 avqust 1877-ci ildən fəaliyyət göstərir. Yolunun uzunluğu 51,31 km olub, 6 xəttə malikdir. Ən əsas xəttlər "3" ("Trastvere" - "S.Paolo" - "Colosseum" - "Lateran" - "S.Lorenzo" - "Villa Borgeze") və "8"-dir. ("Trastevere" - "Torre Argentino").

    Universitetlər

    Romanın Sapiença Universitetinin (it. Sapienza Università di Roma) əsası 1303-cü ildə VIII Bonifatsi (lat. Bonifatius PP. VIII, it. Benedetto Caetani) tərəfindən qoyulmuşdur. Həkim və pedaqoq Mariya Montessori, yazıçı Qabriel d'Annunsio, rejissor Bernardo Bertoluççi və s. bu universitetin məzunları olmuşlar.

    Müqəddəs Akvinalı Foma Universiteti (lat. Pontificia Universitas Studiorum a Sancto Thoma Aquinate) 1577-ci ildə kollec kimi açılmış bu təhsil müəssisəsi 26 мay 1727-ci ildən XIII Benedikt tərəfindən universitet elan edilmişdir. 1948-ci ildə bu universitetdə II İoann Pavel doktorluq dissertasiyası müdafiə etmişdir.

    Görməli yerləri
    Colosseum-panoramic.view.jpg

    * Trevi fəvvarəsi (it. Fontana di Trevi) — Romanın ən iri və gözəl fəvvarəsidir, hündürlüyü 25,9 m, eni 19,8 m-dir.

    Barokko üslublu bu fəvvarə 1732—1762-ci illərdə memar Nikolay Salvi tərəfindən inşa edilmişdir.

    * Navona meydanı (it. Piazza Navona) şəhərin Parone hissəsində yerləşmiş barokko üslublu çox xarakterik bir meydandır.
    * Borgeze qalereyası 1590-1610-cu illərdə papa V Pavelin (Borgeze) şərəfinə memar Lunqi və Flaminqo Ponçio tərəfindən inşa edilmiş 100 qranit sütundan ibarət villadır. Burada Antonello da Messina, Bronzino Karavacco, Leonardo da Vinçi, Rafael, Qvido Reni, Rubens, Antonio Tempesta, Titsian və Veronezenin misli bərabəri olmayan sənət əsərləri sərgilənir.
    * Həqiqətin ağzı (it. Bocca della verita) e.ə. IV əsrə aid Triton və ya Okean maskası təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Həqiqət detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər.
    * Viktor monumenti - birləşmiş İtaliyanın kralı Viktor II Emmanuilin şərəfinə ucaldılmışdır. Xüsusən Romanın ponaramını seyr etmək üçün gözəl terassa malikdir.
    * Kolizey - (lat. Amphitheatrum Novum və ya Amphitheatrum Flavium) e.ə. 72-80-ci illərdə inşa edilmiş Romanın simvolu sayılan qədim amfiteatr.

    Antik Romanın bazar meydanı


    Trevi fəvvarəsi


    Navona meydanı


    Borgeze qalereyası

    Bocca della verita


    Viktor monumenti


    Müqəddəs mələk qəsri


    İspaniya pillələri

    Mənbələr

    * Falk Spirallo Reiseführer Rom, Auflage 2007
    * Rom, DuMont Reiseverlag, Auflage 2006
    * Metro Roma Broschüre von Metropolitana di Roma S.p.a., Rom ca. 2007.



#23.03.2010 12:04 0 0 0