Trevi fəvvarəsi - İtaliya

Son güncelleme: 23.03.2010 12:08
  • İtaliya adaları - İtaliya coğrafiyası - Ölkələrinə görə şəhərlər - İtaliya qaralamaları

    noimage

    Azərbaycan dilində adı: Trevi fəvvarəsi
    Orijinal adı: it. Fontana di Trevi
    Tikili: Fəvvarə
    Statusu: İstirahət guşəsi
    Ölkə: İtaliya bayrağı İtaliya
    Şəhər: Roma
    Tikintisi Haqqında Məlumat
    Başlanma tarixi: 1732
    Tamamlanma tarixi: 1762
    Sifarişçi: XII Klemens
    Memarı: Nikola Salvi, Cüzeppe Panini
    Memarlıq üslubu: Barokko
    Digər Məlumatlar
    Vəziyyəti: Qorunan memarlıq abidəsi

    Trevi fəvvarəsi (ital. Fontana di Trevi) - Romada yerləşən ən böyük fəvvarə. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məhşur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732-1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir.

    Romanın əsas gözəllik siması sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi adlandırılmışdır.

    Məzmunu

    Poli sarayının (ital. Palazzo Poli) nəhəng fasadına söykənməsi onu saray-fəvvarə kompleksi kimi də səciyyələndirir. Əsasən dəniz mövzusunda işlənilmiş memarlıq abidəsi dənizdən çıxan qanadlı atların, tritonların qoşulduğu balıqqulağını xatırladan arabanı idarə edən mifik dəniz allahı Neptun və digər alloqrafik fiqurlardan, sağ cinahda Roma əsgərlərinə bulağın (Romaya ilk su arxı məhz bu "Akva Vercine" (lat. Acqua - su, Vergine - qız; "Qız bulağı") bulağından çəkilmişdir) yerini göstərən cavan qız barelyefindən ibarətdir.

    Tarixçəsi
    Trevi fəvvarəsinin gecə görünüşü

    Trevi fəvvarəsinin tarixi imperator Avqustla əlaqəlidir. Avqustun kürəkəni Aqrippa "Akva Vergine" - "Qız bulağı"ndan Panteona su arxı çəkdirmişdir. Orta əsrlərə qədər fəaliyyət göstərən bu arx XII əsrdə papa VIII Urban və XV əsrdə papa V Nikolay tərəfindən təmir etdirilmişdir.

    Trevi fəvvarəsi ilə bağlı bir inam mövcuddur ki, kim fəvvarəyə başı üzərindən xırda pul atarsa, Romaya bir daha səfər edəcəkdir.

    Bir çox məhşur filmlərdə ("Roma tətilləri" (ing. "Roman Holiday"; baş rolda: Odri Höpbörn), Federiko Fellininin "Şirin həyat" (ital. "La Dolce Vita"; baş rolda: Marçello Mastroyani), "Dəlicəsinə aşiq" (ital. "Innamorato pazzo"; baş rollarda: Adriano Çelentano və Ornella Muti) Trevi fəvvarəsinə dəfələrlə müraciət edilmişdir.


#23.03.2010 12:08 0 0 0