Müqəddəs Ancelo qəsri - İtaliya

Son güncelleme: 23.03.2010 12:09
  • İtaliya adaları - İtaliya coğrafiyası - Ölkələrinə görə şəhərlər - İtaliya qaralamaları

    noimage

    Abidə Haqqında Məlumat
    Azərbaycan dilində adı: Müqəddəs Mələk qəsri
    Orijinal adı: ital. Castel Sant'Angelo
    Tikili: Qəsr
    Statusu: Sərdabə-Muzey
    Ölkə: İtaliya bayrağı İtaliya
    Şəhər: Roma
    Tikintisi Haqqında Məlumat
    Başlanma tarixi: 135
    Tamamlanma tarixi: 139
    Sifarişçi: Hadrian
    Memarı: Naməlum
    Memarlıq üslubu: Antik
    Digər Məlumatlar
    Vəziyyəti: Qorunan memarlıq abidəsi
    Saytı: Rəsmi saytı

    Müqəddəs Ancelo qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi.

    Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir.



    Tarixçəsi
    Mələk Mikayılın heykəli

    İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur.

    Rəvayətə görə 590-cı ildə epidemiya zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır.

    Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir. Roma papaları onu sonradan əsl qəsrə çevirmişlər. VII Klement 1527-ci ildə V Karl Romanı zəbt edərkən məhz burada sığınacaq tapmışdır.

    Sərdabədə dəfn olunanlar
    032 Hadrian.jpg
    Aleksandr Brüllovun əsəri

    * İmperator Adrian və xanımı Sabina
    * İmperator Antonin Piy və xanımı Faustina
    * İmperator Lusi Ver
    * İmperator Mark Avreli
    * İmperator Kommod
    * İmperator Septimi Sever
    * İmperator Mark Avreli Antonin Bassian (tarixdə daha çox Karakalla kimi tanınır)

    İmperator Adrianın qəbri üzərində özünə aid epitafiya həkk olunmuşdur[1]

    ANIMULA VAGULA BLANDULA
    HOSPES COMESQUE CORPORIS
    QUAE NUNC ABIBIS IN LOCA
    PALLIDULA RIGIDA NUDULA
    NEC UT SOLES DABIS IOCOS.

    * Tərcümə

    Həlim ruhum, azmış ruhum
    Bədənimin yol yoldaşı və qonağı
    Tərk edib tələsdiyin yer,
    Solğun, kimsəsiz və sükutdur, oralarda
    Vərdişincə zarafat edə bilməzsən.


#23.03.2010 12:09 0 0 0