Azərbaycanlı müğənni Kurtlar vadisində rol alacaq

Son güncelleme: 24.03.2010 09:02
  • noimage

    Ötən həftə Azərbaycana səfər edən "Kurtlar vadisi" filminin yaradıcı heyəti burada müğənni Samir Dərgahla da görüşüb.

    Lent.az-a daxil olan məlumata görə, müğənni Samir Dərgah "Kurtlar vadisi" filmində rol alacaq. Qəbələdə keçirilən görüş zamanı bu məsələ müzakirə olunub. Belə ki, ssenaristlərindən olan Raci Şaşmaz Samir Dərgaha filmdə çəkilmək barədə təklif edib.

    Məlumatda bildirilir ki, yerli kanallardan biri həmin görüşü çəksə də, Raci Şaşmaz görüşün efirdə yayımlanmasını istəməyib.

    Leyla
#24.03.2010 09:02 0 0 0