Böyük Britaniya parlamentariləri Dağlıq Qarabağla bağlı hökumətə müraciət etdi

Son güncelleme: 25.03.2010 06:20
  • noimage




    Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın baş naziri Qordon Braunun rəsmi internet saytında müraciətlə çıxış edib.

    Cəmiyyətdən APA-ya daxil olan məlumata görə, Böyük Britaniya vətəndaşlarının da imzalamağa çağırıldığı müraciətdə Xocalı qətliamının qınanılmasına çağırış edilib. Müraciətdə həmçinin Ermənistan hökumətindən BMT Təhlükəsiz Şurasının 4 qətnaməsinə uyğun olaraq suveren Azərbaycan ərazisindən öz ordusunu çıxartmaq tələb edilib.

    Müraciətdə həmçinin bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə tez-tez "dondurulmuş münaqişə" kimi təqdim olunsa da, "təmas xəttində" mütəmadi olaraq atəşkəs rejimi pozulur: "Elə ötən həftələr ərzində Azərbaycan Ordusunun üç əsgəri cəbhə xəttində baş vermiş atışma nəticəsində şəhid olub".

    Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Böyük Britaniyanın parlamentlərinin klubu olan Erkən Gün Hərəkatı da (EGH) (Early Day Motion (EDM)) Xocalı faciəsi ilə bağlı müzakirələr aparıb. Qeyd edək ki, EGH -də müzakirə olunan məsələlər daha sonra burda təmsil olunan parlament üzvləri tərəfindən rəsmi iclaslarda da gündəliyə gətirilir.

    EGH-da Xocalı soyqırımı ilə bağlı aparılan müzakirələr nəticəsində Böyük Britaniya hökuməti Xocalı soyqırımının 17-ci ildönümünü tanımağa, bundan istifadə etməklə yeni beynəlxalq sülh səylərinə başlamağa çağırılıb. Həmçinin bu münaqişənin həllini tapmadığı müddətdə bütün Qafqaz bölgəsinə, o cümlədən Böyük Britaniyanın Azərbaycandakı maliyyə yatırımlarına təhlükə yarandığı qeyd edilib.

    Müraciətdə həmçinin münaqişənin sülh yolu ilə həll olunması, Ermənistan Ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və bir milyon Azərbaycan vətəndaşının öz evinə geri qaytarılmasını tələb etmək, BMT Təhlükəsiz Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin Ermənistan tərəfindən icra olunmaması səbəbindən iflasa uğradığını qeyd etməklə bağlı da hökumətə çağırışlar səslənib.

    Həmçinin Böyük Britaniyanın Azərbaycanda ən böyük maliyyə yatırımçısı olduğu, bu ölkənin Azərbaycanda 5000 vətəndaşının yaşadığı, sərmayəsi olduğu xüsusilə qeyd edilib.

    Qeyd edək ki, müraciətdə 1992-ci ilin fevral ayında Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Xocalı şəhərinin 613 sakini - kişilər, qadınlar və uşaqların vəhşicəsinə qətlə yetirildiyi, ümumilikdə, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğalı nəticəsində, 25.000-ni azərbaycanlı olmaqla, 30.000-dən artıq insan öldürüldüyü də qeyd olunub.

    Müraciəti Böyük Britaniya parlamentinin və Erkən Gün Hərəkatının üzvü olan 32 parlamentari imzalayıb.

    LENT.AZ
#25.03.2010 06:20 0 0 0