“Yaponçik”in acı qisası: “Lado” öldürüldü

Son güncelleme: 25.03.2010 06:21
  • noimage
    Məşhur kriminal avtoritet Fransada qətlə yetirildi

    Fransanın Marsel şəhərində "Lado" ləqəbli kriminal avtoritet Vladimir Canaşiya öldürülüb. Lent.az-ın "Kriminalnaya Rossiya"ya istinadən verdiyi məlumata görə, xüsusi xidmət orqanları qətlin qisas məqsədilə törədilməsi versiyasını irəli sürüblər.

    Onların fikrincə, cinayətkarlar 2009-cu ilin 9 oktyabrında öldürülən "Rusiya mafiyasının atası" "Yaponçik" ləqəbli Vyaçeslav İvankovun qisasını alıblar. "Lado"nun qətlinin təşkilində ən görkəmli "qanuni oğru"lardan sayılan Laşa və Kaxaber Şuşanişvili qardaşları şübhəli bilinir. Vaxtilə "Yaponçik" iki mafioz klanın münaqişəsində Laşanın tərəfini saxlayıb. Bu da İvankova həyatı bahasına başa gəlib.

    Son zamanlar Vladimir Canaşiya mühasirə vəziyyətində yaşayıb. Killerlər "Yaponçik"in qətlindən az sonra onu izləyiblər. Canaşiya son iki həftə ərzində Marsel yaxınlığında kirayələdiyi kiçik evdə başqa ad altında yaşayıb. Amma killer "Lado"nu tapmağa və onunla haqq-hesab çürütməyə müvəffəq olub. O, Canaşiyanı tapançadan açdığı 7 atəşlə qətlə yetirib. Yaralı "avtoritet"i xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, "Lado" son aylarda 3 dəfə sui-qəsd cəhdi ilə üzələşib və sonuncu cəhddə öldürülüb.

    LENT.AZ
#25.03.2010 06:21 0 0 0