Azanla Namaz arasındakı Ömür

Son güncelleme: 25.03.2010 13:23
  • Nmaz Arasindaki Ömür-Azanla Namaz Arasindak Ömür





    noimage

    Göl kənarında yaşlı bir adam dalğın-dalğın sürətlə axan suya baxırdı. Gənc adam ona yaxınlaşıb: "Əmi, çox dalmısan, nəyə baxırsan elə?" deyə soruşunca qoca baba içini çəkərək: "Axan ömrümə baxıram" dedi. Gənc adam bəmbəyaz saqqallı, nur üzlü yaşlıdan maraqla soruşdu: " Bir insan ömrü nə qədər olur ki?" Yaşlı adam şirin bir gülümsəmə ilə "Azanla namaz arası qədərdir" deyincə o özünü saxlaya bilməyib həyəcanla "Necə yəni, ömür bu qədər qısadırmı?" deyə soruşar. Qoca baba: "Bəli, ömür namazsız azanla azansız namaz arası qədərdir". Gənc adamın təəccüblü baxışlarını görüncə izah etməyə başladı qoca baba. Yəni, dünyaya bir körpə gələr, onun qulağına azan oxunar eləmi? Bax, o azanın namazı qılındımı? Qılınmadı. O azan "Namazsız azan"dı. İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur. O da "Azansız namaz"dır. Əslində o namazın azanı insan doğulunca oxunmuşdu qulağına...
    Bax ey insan!Doğuldun, amma bir gün öləcəksən, ömür dediyin nədir ki? Tez qurtarar. Vaxtını boşa ziyan etmə, həyatını yaxşı dəyərləndir. Ömrünü dolu-dolu, doya-doya yaşa, bir nəfəs belə boşluq buraxma!
#25.03.2010 13:23 0 0 0