Günlərin bir günü ömrümə gəldin..
Bir əziz dost kimi qapımı döydün.
Elə bil hər zaman sən mənimləydin...
O vaxtdan ürəyim sevinclə dolur,
O gündən hər günüm mənalı olur.
O vaxtdan soyuq qış çevrilib yaza,
Boranlı havalar dönüb ayaza,
Təbiət yenə də başlayıb naza,
Ömrümün bağında çiçəklər açır,
Qəlbim də Günəştək şəfəqlər saçır
Sən gəldin ömrümə çətin zamanda,
Həyata sevgimi itirən anda.
Yox idin nə yadda, nə də gümanda,
O vaxtdan sən oldun mənim sirdaşım,
Çox əziz bir insan, dostum, qardaşım
***
Urəyim doludu, nədən başlayım?
Bəlkə başlamağa haqqım da yoxdur.
Qəlbimin dərdini kimə söyləyim?
Mənim söyləməli sözlərim çoxdur.
Sükunət içində inləyir qəlbim,
Kədərin içində çırpınır ürək
Qəlbimin səsini kimə çatdırım,
Kim məmim dərdimə qulaq verəcək.
Danişsam dərdimi qurtarmaz sözüm,
Taleyim ağırdır, kədərim çoxdur.
Qismətim belədir, mən gərək dözüm,
Dözməkdən savayı əlacım yoxdur.