Hər yuxu nağıldır

Son güncelleme:
  • Oyandım səhər mən şirin yuxudan,
    Hər yuxu nağıldı, hər nağıl yalan.
    Qayıtdım elə bil öz xəyalımdan,
    Hər yuxu nağıldı, hər nağıl yalan.

    Yenə mən sənsizəm, hardasan ey yar?
    Hacandır qoymusan məni intizar,
    Təskinlik gətirmir şirin yuxular:
    Hər yuxu nağıldı, hər nağıl yalan.

    Bilki qəlbimdəsən, hər saat, hər an.
    Bilki darıxmışam mən sənziz yaman.
    Yuxuda görəydim səni hər zaman...
    Hər yuxu nağıldı, hər nağıl yalan

0 0 0