Vərdişlərin nə oldugunu hamımız bilirik.Lakin elmi tərifi insanın fərdi qazandıgı davranış formasıdır.Vərdişlər instinktiv davranış forması əsasında təzahür edir.Vərdişlər psixologiyada daha çox heyvanlara xas xüsusiyyət olsa da bu şüurlu davranışa malik olan insanlarda da öz əksini tapır..Təbii ki hamida yox, amma çoxunda.Bu vərdişləri yenidən tərbiyə ilə aradan qaldırmaq mümkündür. Lakin xarakterimizin 1 hissəsi kimi götürmək əsla! Bəzən vərdişlərimiz bizim əlamətlərimizə də cevrilə bilər..Məsələn,kimsə haqqında danışanda gözünü tez tez qırpan qız,oturanda əli ilə stolu taqqıldadan oglan və s. də deyirik.Bəs vərdişləri , daha dogrusu pis vərdişləri necə aradan qaldırmaq olar? Bu sualın 1 cavabı var. O da 1 pis vərdişi başqa 1 yaxşı vərdişlə əvəz etməkdir.Ən maraqlısı pis vərdişin necə yaranmasıdır.
Belə ki,pis vərdişin yaranmasına səbəb beynimizin estrogen adlı hormon ifraz etməsidir.Pis vərdişlərə qadınlar kişilərdən daha meyilli olduqlarına görə onlar özlərini daha çox tənzim etməyi bacarmalıdırlar.Xüsusilə alkaqol və siqaret qəbulunda.
Tərbiyənin rolunu nəzəzrə alaraq belə nəticəyə gəlmək olarki vərdişlərimizin yaranması ve tərgidilməsində ailələrin də üzərinə böyük məsuliyyət düşür. O zaman ailə uşağa necə tərbiyə verəcək, uşaq da nece sağlam bir şəxsiyyet olacaq.
Əlbəttə ki, hər ata- ana öz uşağını yaxşı yetişdirmək istəyir.Çünki hər ata-ana uşağının yaxşılığını istəyir, amma bunu edərkən səhv metodlardan istifadə edə bilərlər.Hər birimiz gələcəyin valideyni olduğumuza görə məncə bunları bilməyimiz vacib olarki, böyütdüyümüz uşaqlar da yaxşı vərdişlərlə sağlam xarakterdə olsunlar.
- Uşağı necə görmək istəyiriksə, elə ana-ata olmalıyıq. Unutmamaq lazımdır ki, davranışlarımız hər zaman söylədiklərimizdən daha təsirli olur.
- Hamımız o mərtəbələri keçmişik. Ancaq dəyişən və inkişaf edən həyat şəraitləri yeni nəslin fərqli olmasına səbəb ola bilər. Buna görə "mən sənin yaşında olanda.............." deyə səhvi indiki zamana görə dəyərləndirməliyik.
- Uşaqlar arasında müqayisə etməməliyik. Belə olanda qısqanclıqdan uşaqda mənfi vərdişlər ortaqlaşır.
- Uşaqları öz istəklərimizə görə qorxutmamalıyıq, ağır cəzalardan, məcburi vərdişlərdən uzaq tutmalıyıq. Unutmamalıyıq ki, yüksək səslə verilən heç bir nəsihət dinlənilməz və onun təsiri olmaz.
- Ailə içi prolemləri və mübahisələri uşaq hiss etməməlidir. Uşaqların yanında edilən mübahisələr, məktəb və müəllimlər haqqıdakı iradlar, uşaqda çaşqınlıq, təlim tərbiyədən və məktəbdən soyumasına getirib çıxarır.
- Zərərli vərdişlər haqqında nümunəvi olmalıyıq, sözlərimiz kağız üzərində qalmamalıdır.
- İşlərimizin çoxluğu bizi uşaqdan qoparmamalıdır. Sabahı qurmağa çalışarkən, bu günümüzü unutmamalıyıq.