Moskva metrosunun "Lubyanka" və "Park kulturı" stansiyalarını partladan terrorçu-kamikaze qadınların başlarının şəkilləri açıqlanıb.
Lent.az-ın "lifenews"ə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları onların şəxsiyyətini müəyyən etməyə çalışır.
Güc strukturlarındakı mənbə bildirib ki, hər iki qadının bədəni parça-parça olub. Amma onların başı və ayaqları bütöv qalıb. Ekspertlər məhz həmin bədən hissələri vasitəsilə qadınların şəxsiyyətini müəyyən etməyə çalışırlar. Artıq şəkillər Rusiya ərazisindəki bütün regionların milis şöbələrinə göndərilib.
Xatırladaq ki, partlayışlar nəticəsində 39 nəfər ölüb, 70-dən çox adam yaralanıb. Rusiya ərazisində matəm elan edilib.