Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin. Əgər belə etsəniz Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə böyük bir səadətə (cənnətə) nail olar..!
Namazda bəyənilməyən 21 əməl (məhruhlar)
1. Yuxarı baxmaq.-insan namazda Allah qarşısında məsuliyyət hiss edib başını aşağı dikib qalmalıdır.
2. Səbəbsiz yerə başı döndərmək.- Namazda bütün diqqətin Allaha ibadət etməkdə olmalı və Allahın ona baxdığını dərk etməlidir.
3. Namazdan yayındıran şeylərə baxmaq.- Namaz zamanı bütün dünya işləri və malları bir qırağa qoyulub ancaq ibadət edilməlidir.
4. Əlləri belə qoymaq.- Allah dərgahında düz, gözləri yerə,bir nöqtəyə dikilmiş halda durmaq lazımdır.
5. Səcdədə dirsəkləri yerə qoymaq.- Səcdə zamanı bədənin 7 üzvü yerdə olmalıdır. Alın, iki dizlər, iki ayaq barmaqlarının ucları və iki əllərin içi.
6. Gözləri yummaq.- Gözləri yummaq namazdan yayındırar. İnsan gözü açıq namaz qılıb, gözü açıq səcdə etməlidir.
7. Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər etmək (qaşınmaq tərpənmək) - Məcburiyyət istisna olmaqla digər hallarda namazda artıq hərəkətlərə yol verilməməlidir.
8. Ortalığa yemək qoyulduğu zaman. - Namaz axirət üçün tədarükdür. Dünya malına arxa çevirmək lazımdır.
9. Eyni rəkətdə Fatihəni təkrar oxumaq. - Fatihəsiz namaz olmaz. Amma bilərəkdən bu surəni eyni rəkətdə təkrarən demək namazı pozur.
10. Sidiyi, havanı və s. Zorla saxlayaraq ayaqyoluna getməmək. - İnsan namaz duranda təmiz, pak və tam hazır vəziyyətdə olmalı və onun fikirini yayındıracaq halları aradan qaldırmalıdır. Namaz rahat yerinə yetirilməlidir.
11. Namazdan qabaq pencəyi və ya köynəyi qollarını çırmalamaq. - İnsan namaza duranda bədəni bacardığı qədər örtməlidir.
12. Çiyni açıq namaz qılmaq. - Allaha xoş getməyən tərzdə geyinib və o tərzdə namaza durmaq düzgün deyil.
13. Üzərində müxtəlif heyvan, quş, insan və s. şəkli olan paltarda, ha belə bu növ şəkillərin qarşısında və ya üstündə namaz qılmaq. - Canlı şəkili çəkən rəssamlar lənətləndiyi üçün o cür şəkillərdə lənətlənmişdir. Axirətdə sual verəcəklər: " Bunu yaratdınsa can verə bilərsənmi?"
14. Namaz qılanın qabağında sütrənin olmaması. - İnsan səcdə zamanı alnı torpağa dəyməlidir. Dünya malına yox. Torpaq mümkün olmadıqca torpağın bişmiş halı olan möhür qoymaq kifayət edər.
15. Niyyəti ürəkdə deyil dillə ifadə etmək. - Allah ürəyizindəkiləri daha gözəl bilir, düzdür. Amma onu dillə ifadə etmək daha gözəldir.
16. Rükuda olarkən belin və qolların düz olmaması.- Namazda şax və düz qamətli olmaq əsas şərtdir.
17. Sıraların tam şəkildə düzəldilməməsi namaz qılanlar arasında məsafə (boşluq) qoymamaq.- Camaat namazında sıx şəkildə qalıb, ayaqların qıraqları yanında duran şəxsin ayaqlarına bitişik olması şərtdir.
19. Camaat namazında imamdan qabaq hərəkət etmək.- İmam namazı gec qılsa belə ondan qabaq hərəkət edib, duaları oxuyub və namazı tez bitirmək düzgün deyil.
20. Rüku və səcdədə Quran oxumaq. - Quran oxumaq və namaz qılmaq bunlar ayrı-ayrı şeylərdir və hər birisinin vəzifəsi ayrıdır.
21. Məsciddə yer seçib daima yalnız o yerdə namaz qılmaq. - Məscid Allah evidir. Onun hissələri arasında fərq qoyulmamalıdır.