Kompleks

Son güncelleme: 04.04.2010 12:14
  • Kompleks sözünün ilkin izahı qarışıqlıq,şüurdan kənar davranışdır.Bu termini ilk dəfə Yunq işlətdiyi qeyd edilir.Özünü kiçiltmə ilə sinonim təşkil edir ki bunu da araşdıran ilk şəxs Oxford universitetinin professoru Alfred Adler olmuşdur.Komplex 1 növ xəstəlik kimidir.Məsələn çarəsi tapılmayan xərçəng.
    Bu ruhi inadkarlıq haradan yaranır? Misal üçün,hər bir insan məhəbbət istəyir. Əgər ona məhəbbət edilirsə, ruhi cəhətdən şad olmalıdır, şən olmalıdır. Əgər ona məhəbbət və sevgi göstərilmirsə, onun yerinə tünd xasiyyət olunsa - o zaman insan narahat olacaqdır və bu narahatlığı şüur halından qeyri-şüur halına keçəcəkdir. Yəni o, bir az ağlayacaq, qüssə edəcək ki, onunla kobud danışıldı və ya nazı çəkilmədi. Əvvəl bu məsələyə şüurlu diqqət edəcəkdir, ancaq yavaş-yavaş yaddan çıxaracaqdır. Və bu da o deməkdir ki, qeyri-şüuri vəziyyətə keçəcəkdir, bir dəfə, iki dəfə, on dəfə və bu hal onun ruhunda xərçəngə çevriləcəkdir və onun ruhi xərçəngi olacaqdır. Deməli, kompleksin mənalarından biri də narahatlıqlardır.
    Mənim danışmaq istədiyim kompleks isə fərdlərə deyil ümumi şurumuza həkk olunmuş adını belə qoya bilmədiyim 1 məfhuma aiddir.İlk öncə qeyd edim ki mövzuya toxunmağıma səbəb saysız "zəhlətökən" insanların davranışlarının məni cana doydurmasıdır.Başlayaq ən böyük kompleksimizdən.Bu təbii ki qızlarda yaranan evdə qalma qorxusudur.Bu da səbəbsiz yaranmır.Yenə də mühit! Normal ailə tərbiyəsi almış,ali təhsilli,iş qabiliyyətinə malik olan gözəl gənc qız.Yaş artıq 25 adlayıb və o Allahın istəyilə öz qismətini gözləyir.Lakin ətrafdakı bəzi "çoxbilmişlər" dayanmadan hər gördüklərində "hələ getmirsən?", "alan yoxdu?" tipli suallarla bu qızı cana doydurur və nəticədə evdə qalma kompleksi yaranır.Mənə maraqlı olan cəhət isə nəyə görə heç kim bu qızın təhsilini, iş bacaraığını dəyərləndirmədən məhz bu zəif nöqtəyə toxunur?Səbəbini yalnız özləri bilir.
    Digər 1 kompleks yaradan amil.Gəncin ali təhsil almaması məsələsi.Həyat üçün vacib amil olsa da insanlara sırf ali təhsilinə görə qiymət vermək yəqinki axmaqlıqdır.Gəlin həyat təcrübəmizə müraciət edək.Azmı görmüşük ən yüksək balla ən yaxşı universitetə girib özlüyündə adam olmayanları?Təbii ki yox! Ən pisi isə davamlı olaraq bu insanlara təhsilləri barədə suallar verməkdir.Bu da artıq həmin insanlarda kompleks yaratmağa başlayır.



    Üçüncü səbəb boşanmış qadın məsələsidir.Ətrafın nə deyəcəyi qorxusu və sonumun nə olacağı təhlükəsi göz görə görə 1 xanımın həyatını məhv etməsinə gətirib çıxarır.Nəticə isə..nəticə isə məhv olmuş 1 qadın,psixologiyası pozulmuş uşaqlar..
    Yaşadığımız müddətdə bu kompleksləri özümüzdən atmasaq sabaha necə başlayarıq? Niyə Qarabağın 20 illik işğalı bizə kompleks deyil? Niyə gəncliyimizin uçuruma doğru atdiğı addımlar kompleksimizə çevrilmir? Niyə əxlaqsızlıq yolunda artıq ilk yox yetəri qədər iri addımlar atmış 15-16 yaşlı qızlarımızın mövcudluğunu özümüzə kompleks elemirik? Mən bu absurd "mentalitetdən",qeybetçil qadınlardan və insanları anlamamaqda,onların hisslərinə hörmət etməməkdə israrlı olan "insan"ların mövcudluğundan bezdim!
    Sonda deyə bilərəm ki, cəmiyyətə kompleksli deyil, sağlam vətəndaşlar lazımdır.
#04.04.2010 12:14 0 0 0