Ermənilərin Bakıya gələcəyi tarix açıqlandı

Son güncelleme: 06.04.2010 13:16
  • noimage

    Ermənistanın boks üzrə gənclərdən ibarət milli komandası aprelin 22-də Bakıya gələcək.

    Lent.az-ın "PanARMENİAN.Net"ə istinadən verdiyi məlumata görə, yığmanın heyətində 6 boksçu yer alacaq.

    Baş məşqçi Derenik Voskanyan bildirib ki, bunlar Koryun Soqomonyan (48 kq), Narek Abqaryan (51 kq), Artur Kirəcyan (54 kq), Karen Tonakanyan (57 kq), Qrayr Matevosyan (60 kq) və Oqannes Baçkov (64 kq) olacaq. Boksçular dünya çempionatına 2009-cu ilin dekabrından hazırlıq görürlər. Onlar təlim-məşq toplantıları ilə yanaşı, beynəlxalq turnirlərdə də iştirak ediblər. Bakıya səfər öncəsi Ermənistan millisi Gürcüstanla birgə təlim-məşq toplantısı keçirəcək.

    Voskanyanın fikrincə, Ermənistan boksçuları dünya çempionatına yaxşı hazırlaşıblar: "Biz yanvarda "Donetks Kuboku"nda iştirak etdik və 2 gümüş, 2 bürünc medal qazandıq. Martda Vilnüsdə bir neçə medala yiyələndik. Qarşıdakı dünya çempionatında boksçularımıza böyük ümidlər bəsləyirəm. Çünki bu yarış reytinqlidir, hər çəkidə ilk 4 yeri tutanlar avqustun 14-də Sinqapurda start götürəcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar".

    Qeyd edək ki, aprelin 20-də start götürəcək dünya çempionatı 13 gün davam edəcək.

    Lent.az
#06.04.2010 13:16 0 0 0