Atəşkəs pozulub

Son güncelleme: 07.04.2010 16:05
  • noimage



    Cəbhə xəttində atəşkəs rejiminin pozulması davam edir.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən bölmələri aprelin 6-da saat 16.50-dən 17.15-dək və 18.00-dan 18.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 22.55-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.25-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 7-də saat 04.10-dan 04.25-dək isə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxa Nəbi kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

    Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub. İtki yoxdur.

    lent.az
#07.04.2010 16:05 0 0 0