Ata qarabağa gedirƏm yenƏ

Son güncelleme: 03.11.2012 15:46
  • Baxdı atasının
    tutqun üzünə,
    O, gördü mehriban
    baxışlarda qəm.
    " - Ata, Qarabağa gedirəm yenə.
    Ceyhun əmanəti
    əyər gəlməsəm"
    " - Sən nə danışırsan?
    Bu sözlər nədir?
    Belə bəd hisslərdən
    ay qızım, əl çək"

    Qızın ürəyindən
    axdı bir fikir:
    "Həmişə güllələr
    yan keçməyəcək!"
    Ata gözlərində
    yaş gilələndi,
    Öpərək qızını
    kədərlə dindi:
    " - Mən oğul istədim
    ilk övladımı,
    Dedim Soltan qoyum
    onun adını.
    Sən gəldin, can qızım,
    mehriban qızım,
    Mənə ilahidən
    ərmağan qızım,
    Dedim ki, Soltana
    yaraşsın adın.
    Odur ki, çağırdım
    səni, Salatın!
    Mən oldum səninlə
    Bəxtəvər, qızım.
    Mənim yüz kişiyə
    Bərabər qızım!"
    Ata əl qaldırdı
    göylər tərəfə:
    " - Gözləmək olsunmu
    ömürlük peşəm!"
    " - Son dəfə getmişəm,
    ora hər dəfə,
    Sonra da görürsən
    Dönüb gəlmişəm".
    " - Daha buraxmaram
    ora mən səni!"
    " - Əyər çağırırsa Vətənim
    məni!"
    " Nə çoxdur igidlər
    o yerdə bu gün".
    " - Məni igidlərə tay tutdun
    özün".
    " - Orda ölüm də var,
    orda qan da var".
    " - Getməsəm qələmim,
    qəlbim də sınar".
    Bir qara buluda
    büründü aləm,
    Çökdü sükut ilə
    qəm kainata.
    " - Mən ki, ölənlərdən
    artıq deyiləm.
    Sənə tapşırıram
    Ceyhunu, ata!"
    Kədər bulud-bulud,
    dərd kölgə-kölgə,
    Qondu gül yanağa
    son təbəssümü.
    Ölüm axtarmayır
    insanı bəlkə
    Bəzən insan özü
    gəzir ölümü!

    Nebi Xezri
#12.04.2010 00:06 0 0 0
  • super, lap usaq vaxtiligim yadima düsdü, bu se'ri mektebde oxuyardim :'(
#03.11.2012 15:46 0 0 0