Ananas tamlı çiyələk

Son güncelleme: 12.04.2010 13:48
  • Britaniyalılar təbiətin bu möcüzəsini supermarketlərdən ala biləcəklər

    Məşhur "Uetrouz" supermarketlər şəbəkəsi britaniyalıları dəfələrlə qeyri adi ərzaqlarla heyrətləndirə bilib. Şəbəkə onlara yenə də sürpriz ərmağan edib. İndi şəbəkənin 45 dükaninda ananas dadı verən yaxud "ananas giləmeyvəsi" "paynberri" adlı ağ çiyələk satılır.
    Bu giləmeyvə vəhşi çiyələyin növlərindən biri olaraq ilk dəfə Cənubi Amerikada rast gəlinib. O XVIII-ci əsrdə təbii çarpazlaşdırma nəticəsində meydana gəlib. Əgər 7 il öncə Holland fermerləri bu möcüzəli meyvəni satış üçün yüişdirməyə başlamasaydılar, o birdəfəlik itib-bata bilərdi.
    Sözü gedən çiyələk şüşə aranjereyalarda becərilir, ağ rəng alır və güclü ananas iyi ilə fərglənir.
    "Uetrouz"-un rəsmi nümayəndəsi Nikki Beqqotun sözlərinə görə, bu çiyələk alıcıların qida rasionunda yoqurt, yaxud dondurma ilə əla ahəngdarlıq təşkil edə bilir.
    Aprelin 13-dək "paynberrin" 100-125 qramlıq qutusu 2,99 funta (4,5 dollara) satılacaq. Bu tarixdən sonra qiymət 1 funt da bahalaşacaq.
#12.04.2010 13:48 0 0 0