Çiyələkli tort

Son güncelleme: 14.01.2014 12:26
  • Tərkibi:
    3 yumurta
    3 qəhvə fincanı şəkər
    3 qəhvə fincanı un
    1 paket qabartma tozu
    1 paket vanil

    Kremi:
    2 yemək qaşığı un
    1 yemək qaşığı qarğidalı nişastası
    2,5 su stəkanı çiyələkli süd
    1,5 çay stəkanı şəkər

    Bişdikdən sonra:
    1 paket meyvəli krem şanti
    1 çay stəkanı süd
    500 qram çiyələk
    80 qram südlü şokolat

    Hazırlanması:
    İlk öncə krem hazırlanır.. Un qarğıdalı nişastası və 1 su stəkanı çiyələkli süd qaba tökülür yaxşıca çırpılır..Ocağa alınan qarışıma qalan süd əlavə olunur,və qaynayıncaya qədər qarışdırılır..
    Krem halına gələn qarışıma şəkər əlavə olunaraq 5 dəq. daha qaynadılır və ocağdan götürülür..Vanil əlavə edilib qarışdırılır..
    Soyuyan kremə toz krem şanti və süd əlavə olunur və mikserlə çırpılır və 4-5 saat soyuducuda gözlədilir..

    Biskiviti:
    Yumurta və şəkər dərin bir qabda çırpılır,un və qabartma tozu əlavə edilərək qarışdırılır və qəlibə tökülür
    160 c isidilmiş sobada bişirilir
    Tam soyuyan biskivit eninə istənilən miqdarda kəsilir keksin ən üstü tərsinə çevrilir və qırağlarına krem sürtülür
    Daha öncədən xırda kəsilmiş çiyələklər keksin üstünə tökülür ..Keksin orta hissəsi yerləşdirilir və təkrar krem sürülərək işləm təkrarlanır
    Ən üst qatı yerləşdirdikdən sonra streçlə örtelərək soyuducuda 1 gecə gözlədilir
    Ayrılan krem tortun üzərinə sürülür və dilimlənən çiyələklər tortun kənarlarına yerləşdirilir
    Bütöv çiyələklər əridilmiş şokolada batırılır və yağlı kağız üzərində dondurulur
    Donan çiyələklər tortun üzərinə yerləşdirilir

    Nuş olsun

    alıntı
#14.01.2014 12:26 0 0 0