İçindəkilər:
3 su stəkanı un
400 qr rəndələnilmiş holland pendiri
1 yumurta
3 stəkan su
1 yemək qaşığı şəkər
50 qr kərəyağı
1/2 yemək qaşığı yaş maya
2 çay qaşığı duz, qara bibər
Hazırlanması
Un, su, duz, maya və şəkəri bir qabda yoğurun. Əldə etdiyiniz xəmiri yarım saat gözlədin. Xəmiri dörd bərabər parçaya ayırın. Un köməyiylə xəmiri yumru bir şəkildə açın. Xəmiri əlinizə alıb iki kənarından yana doğru çəkərək ellips şəkildə uzadın. Ellips şəkildə hazırladığınız xəmirin ortasına bir fırçayla çırpılmış yumurta sürtüb, əlinizlə holland pendirini yayın. Kənarlarını bir santimetr içə qıvırıb, iki ucunu birləşdirin. Bir fırça köməyiylə çırpılmış yumurta sürtüb, yağlanılmış nimçəyə düzün və qızğın sobada(200 C) 15 dəqiqə bişirin. Pideni sobadan çıxarıb kərəyağıyla yağlayın.