Qarabağ mətbəxi Haqqinda - Qarabaq Kətəsi

Son güncelleme: 13.04.2010 11:25
  • noimage

    Qısa QARABAĞ MƏTBƏXİ haqqında
    Qarabağ mətbəxi Azərbaycan mətbəxinin tərkib hissəsidir. Qarabağ mətbəxində qoyun və mal ətindən qovurma, qəvli, dolma, yəxni, bozbaş, xaş, kəlləpaça, saciçi, cız - bız, şorbalar və müxtəlif plovlar bişirilir. Qızardılmış və qaynadılmış çay balığından da istifadə olunur. Qarabağ mətbəxində quruulmuş meyvələr geniş istifadə olunur. Onlardan xoşab, plov, şorba, ət xörəklərinin hazırlanmasında istifadı olunur və çərəz kimi süfərəyə verilir. Qarabağ mətbəxində cad, ət qutabı, fəsəli, kətə, şəkərbura, paxlava, quymaq, halva, qurabiyə, şorqoğalı, dovğa, kababın müxtəlif növləri və s. yeməklər bişirilir. Ümumiyyətlə, Qarabağ mətbəxi çox zəngindir və müasir erməni mətbəxinin əsasıdır.

    Tərkibi:
    Xəmir üçün:
    1,5 x.q. quru maya
    0,5 litr su
    1 stəkan bitki yağı
    6 x.q. şəkər
    2 yumurta
    1 kq un
    1 ç.q. duz


    İç üçün:
    2 stəkan un
    150 qr şəkər pudrası
    150 qr kərə yağı
    1 paket vanil

    Üzəri üçün:
    1 yumurta
    1 x.q. süd
    küncüt


    Hazırlanması:



    Əvvəlcə içi hazırlayaq:
    Bunun üçün xüsusi qarışdırma maşını varsa,daha yaxşıdır,yoxdursa,dədə-baba üsulu ilə əllə qarışdırılır.
    Bir qaba un,şəkər pudrası qoyulur,onlara küp şəklində kəsilmiş yağ və vanil əlavə edilib qarışdırılır.



    Xəmirin hazırlanması:
    Un bir qaba ələnir,duz səpilir,ortası açılır,şəkərlə qarışdırılımış
    maya tökülür,yavaş-yavaş ilıq su və un əlavə edərək un qarışdırılır.


    Qabdakı un qarışımının üzəri plastik bir qapaqla örtülür və bir az gözlədilir.
    Maya gəldikdən sonra yoğurma mərhələsinə keçmək olar.



    Başqa bir qabda şəkər,yağ və yumurta çırpılır.


    Bu kütlə un qarışımına əlavə olunur.


    Xəmir yoğrulması başlanır.Əvvəlcə taxta qaşıqla qarışdırılır.


    Sonra xəmir masa üzərində un əlavə olunmaqla yoğrulmaya davam edilir.

    Xəmir sonda,qulaq məməsi yumşaqlığında olmalı,əllərə yapışmamalıdır.


    Yoğrulmuş xəmir yenidən qaba qoyularaq üzərinə bitki yağı çəkilir

    Üstü plastik qapaqla örtülüb 1-1,5 saat müddətinə isti yerə qoyulur.

    Gəlmiş xəmirdən azca yağlanmış masa üzərində kündələr hazırlanır

    Hər bir kündədən 10-12 sm diametrdə yuxa açılır.Diqqət etmək lazımdır ki,yuxaların ortası qalın,kənarları isə incə olsun

    Yuxaların içəricinə 2 x.q. iç qoyulur.

    Yuxanın kənarları mərkəzə doğru bükülür


    Ona yuvarlaq forma verib bükülü hissəsi aşağıya doğru çevrilir


    Qarabağ kətəsi xəmirinin üstü bir neçə yerdən çəngəllə dəlinir ki,içərisində hava qalmasın.

    Sonra kətə oxlovla bir istiqamətdə ehtiyatla yayılır.

    Yenə üzəri çəngəllə bir neçə yerdən dəlinir.

    Soba sinisinə kətələr məsafəli şəkildə qoyulur,dəsmalla üzərləri örtülüb 15 dəqiqə dinlənməyə buraxılır.


    Üstü üçün yumurta südlə qarışdırılır


    Fırça ilə kətələrin üzərinə çəkilir

    Kətələrin üzərinə küncüt səpilir,250 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirilir.

    Nuş olsun!
#13.04.2010 11:25 0 0 0