Madonnanın DJ-yi Azərbaycana gəlir

Son güncelleme: 16.04.2010 13:37
  • noimage




    Dünya şöhrətli məşhur müğənni Madonnanın heyətində çalışan DJ Stan Uilyams Azərbaycana gəlir.

    Lent.az-ın məlumatına görə, Uilyamsın 30 apreldə "Face" klub-restoranda çıxışı gözlənilir. 20 ildir ki, səhnədə fəaliyyət göstərən sənətçi ilk dəfə olaraq Bakı səhnəsində çıxış edəcək.

    Stan musiqi karyerasına Nyu-York səhnəsindən başlayıb. Nyu-Yorkun Studio 54, Area, Roxy, Limelight, The Tunnel, Webster Hall və digər səhnə məkanlarında populyarlıq qazanıb.

    Nəzrin

#16.04.2010 13:37 0 0 0