Ana Südü immunitet sistemini inkişaf etdirir

Son güncelleme: 17.04.2010 11:22
  • noimage

    Ana südünün infeksiyalardan qoruyucu xüsusiyyətləri vardır. Bu şəkildə bəslənən körpələrdə ishal, sətəlcəm, orta qulaq iltihabı daha az rast gəlinir. Xüsusilə doğumdan sonrakı ilk bir neçə gündə çıxan sarı rəngli süddə immunitet sistemi hüceyrələri və xəstəliklərdən qoruyan antitellər yüksək səviyyədədir. Sekresiyalarda tapılan immunoqlobulin A bədənimizi mikroblardan qoruyur, ayrıca allergiya və immun xəstəliklərin inkişaf riskini azaldır.
    Ana südü ilə bəslənmənin gələcək yaşlarda insulinlə müalicə edilən diabet xəstəliyi (şəkər xəstəliyi) riskini azaltdığını göstərən işlər vardır. Bu səbəblə Amerika Pediatrlar Akademiyası, birinci dərəcə qohumlarında insulindən asılı şəkər xəstəliyi olan ailələrə tövsiyyə olunur ki, yenidoğulmuş körpələrinə ilk 6 ay yalnız ana südü verməli daha sonra əlavə qidalara keçməlidirlər.

    Ana Südünün nevroloji üstünlükləri
    Ana südündə beyin və gözün inkişafı üçün önəmli olan uzun zəncirli yağ turşuları tapılır. Erkən doğulmuş körpələr göz inkişafını tamamlamadan doğulduqlarından bir sıra qüsurlar, çəplik və gözün bir sıra təbəqələrinin cırılması kimi problemlər üçün yüksək risk daşıyırlar. Uyğun müalicə görməyəndə göz xəstəliyi korluğa yol aça bilər. Ana südü ilə bəslənən erkən doğulan körpələrdə göz xəstəlikləri riski daha aşağıdır. Zamanında doğulmuş körpələrdə də ana südünün görmə itiliyini artırdığını göstərən işlər olmaqla birlikdə, bu hələ konkretlik qazanmamışdır, ancaq digər bütün faydaları göz önünə alındığında yenə ana südü ilə bəslənən körpələrin inkişaf ritmləri süni südlərlə bəslənənlərdən daha yüksək tapılmışdır.

    Südünüzün körpənizə faydaları

    • Tərkibi südəmər uşağın yaşına və fizioloji xüsusiyyətlərinə görə dəyişən ən uyğun bəsləyicidir.
    Həzmi asandır, həzmə köməkçi maddələrdən təşkil olunub.
    • Orqan və sistemlərin böyüməsini təşkil edən böyümə faktorlarından təşkil olunub.
    Çənə və diş inkişafında əhəmiyyətli rolu vardır.
    • İnfeksiyadan qoruyan faktorlar istehsal edər.
    • Sterildir, hər an verilə bilər, Körpənin ruhi, fiziki və zəka inkişafına köməkçi olur.
    • Allergik deyil.
    • İqtisadi baxımdan əlverişlidir.
    • Ana-körpə arasında müsbət bir ruhi əlaqə təmin edər, Ana ilə uşaq arasında psixoloji bağı qüvvətləndirir.
    • Tip I diabet (şəkər xəstəliyi), orta qulaq iltihabı, diş çürükləri, allergik xəstəliklər, ağır bağırsaq iltihabı xəstəliyi, inkişaf geriliyi və s. inkişafının qarşısını almaqda əhəmiyyətli bir faktordur.
    • Anada məmə xərçəngi riskini azaldır.


    Ana südünün məzmunu

    Ana südünün tərkibi- südün verildiyi dövrə, əmizdirmənin başında ya da sonuna doğru alınmış olmasına, gün içində alınmış olduğu zamana, ananın bəslənmə vəziyyətinə və körpənin zamanında doğulan, erkən doğulan və doğum ağırlığının vəziyyətinə görə dəyişə bilir.

    Zülallar: Ana südündə zülal konsentrasiyası 1. 1 q dır. Bu nisbət ilk günlərdə ilkin süddə (el arasına ilk südə ağız da deyilir) 2. 2 q olur. Zülalın bəsləyici olaraq faydalılığı çox yüksəkdir və körpənin ehtiyacını ilk 4-6 ay qarşılayır. Ana südündə bioloji dəyəri yüksək olan zülal inək südünə görə çoxdur və inək südündəki allergen qisim ana südündə yoxdur. Ana südündə zülal tərkibi yüksək nisbətdədir. Ana südündə böyüməyi təşkil edən faktorlar da vardır. Hüceyrə pərdəsinin bütünlüyünü təmin edər, göz xəstəliklərinin qarşısını alır. Ana südündə bir maddə, məmələrdə süd şəkəri sintezinə köməkçi olub südün daha ləzzətli olmasını təmin edər. Ana südü quruluşu yeni təbiətin həzm sistemi funksiyalarına daha uyğundur. Ana südündə zülaldan faydalanmağı artıran maddələr vardır. Bunlar eyni zamanda ana südündəki dəmirin qatılığını artırır.

    Karbohidratlar:Süd şəkəri laktozadır. Yavaş və asan həzm edildiyindən körpənin qan şəkəri yaxşı təşkil edilir. Ana südündəki laktoza ananın dietasından təsirlənməz. Laktoza, kalsium qatılığına təsir edir. Laktozanın galaktoza qisimi, yağlarla birləşib körpənin beyin toxuması inkişafını təmin edir. Laktoza eyni zamanda bağırsaqdakı zərərli olmayan mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bu da bağırsaq infeksiyalarını diqqətə çarpan dərəcədə azaldır, immun sistemin inkişafını təmin edir.

    Yağlar: yağlar, yeni doğulan bir körpə üçün başlıca enerji qaynağıdır. Ana südünün təmin etdiyi enerjinin 40-50% i yağlarla gəlir. Bu yağlar, körpənin beyin inkişafı üçün lazımlı yağ turşularını təmin edir. Hüceyrələrin pərdə quruluşuna girir və süddəki bəzi vitamin və hormonların daşıyıcısı olur. Doğuşdan sonrakı ilk 5 gündəki süddə yağlar 2 q təşkil edir. Olan yağ konsentrasiyası 5-15 gün arası 2.5-3 qrama, 15 ci gündən sonra sekresiyalanan süddə 3.5-4.5 qrama çatır və sabit qalır. Səhərlər aşağı olan yağ səviyyəsi günün irəliləyən saatlarında artır. Əmizdirmə dövrünün sonunda da yağ nisbəti daha yüksəlib doymanı təmin edir. Beləcə doyan körpə məməni buraxar və köklük riski olmaz. Beyin və sinir sistemi inkişafı, gözdə bir sıra funksiyalar üçün lazımlı olan yağ turşuları ana südündə yüksək nisbətdə tapılır. Ana südündəki yağ molekullarının diametri kiçik olduğundan əmilməsi daha asandır.

    Minerallar: Ana südü mineral miqdarı ana dietası ilə böyük fərq göstərməz. Ananın mineral anbarları istifadə edilərək körpədə tənzimləmə olur. Ana südündə, duz və kalsium ionları və kompleks mürəkkəblər şəklində digər minerallar vardır. Ana südündəki kalsium qatılığı yüksək nisbətdədir (55%), inək südü və ya inək südündən hazırlanan südlərdə qatılıq nisbəti isə 38% ətrafındadır. Ana südündə dəmir səviyyəsinin aşağı olmasına baxmayaraq qatılıq nisbəti yüksək və bioloji faydalığı çoxdur. Bu səbəblə ana südü ilə bəslənən körpələrdə ilk 6 ayda dəmir çatışmazlığı inkişaf etmir. Ananın dəmir anbarları gərəyində körpə əmərkən körpə üçün istifadə edilir. Ana südündə sink də vardır və ilk 5 gündəki süd sink cəhətdən çox zəngindir. Ana südüylə bəslənən süd uşağında mis də vardır. Diş və sümük toxumasının inkişafında lazımlı olan flüorun ana südündəki miqdarı 0.02dir. Bu miqdar süd uşağı üçün kafi olmaya bilər. Bölgədəki su qaynaqları flüordan kasıbsa, o bölgədəki körpələrə 6 cı aydan başlayaraq gündə 0.25 mq flüor əlavə olunması təklif edilir.

    Vitaminlər: D və K vitaminləri xaricində yağda və suda əriyən vitaminlərin ana südündəki miqdarları süd uşağı üçün kifayət qədərdir. Suda əriyən vitamin səviyyələri, ananın yaxın zamandakı bəslənməsi ilə əlaqədardır. Yağda əriyən vitamin səviyyələri (A, D, E, K), həm ananın keçmişdəki dietası, həm də son zamanlardakı dieta xüsusiyyətlərini əks etdirər. Vegeterian ananın südü ilə bəslənən uşaqlarda B12 əksikliyi və buna bağlı olaraq qanazlığı inkişaf edə bilər. Ana südü ilə bəslənən körpələrdə, körpə günəş süalarından kifayət qədər faydalana bilməzsə raxitizm inkişaf edə bilər. Bu səbəblə ilk ildə 15,20 gündən etibarən gündə 400 D vitamini verilməsi təklif edilir. Ana südündə K vitamini yeni təbiətin ehtiyacını qarşılaya bilmədiyi üçün körpələrə doğumda 1 mq K vitamini verilir. Daha sonrakı dövrdə ana südü və bağırsaq bakteriyalarının sintez etdiyi K vitamini ilə K vitamini ehtiyacı qarşılanır. Ana südünün böyrəyə etdiyi yük inək südünə görə 1/3 nisbətində azdır. Bu vəziyyət, hələ tam inkişaf etməmiş böyrək funksiyalarına uyğun gəlir.

    Böyümə Faktorları

    Ana südündə başda həzm və tənəffüs sistemi olmaqla bir çox orqan sisteminin böyümə və inkişafını təşkil edən böyümə faktorları vardır. Bu faktorların süddə ən yüksək olduğu dövr ilk 5 gün, yəni ilk süd dövrüdür. Böyüməyi sürətləndirən "epidermal böyümə faktoru" ana südündə ən yüksək konsentrasiyada tapılır. Sinir böyümə faktoru, sinir hüceyrələrinin canlılıqlarını davam etdirmədə əsasdır və ana südündə mövcuddur. Ana südündə ayrıca insulin, insulinə bənzər böyümə faktoru, məmə qaynaqlı böyümə faktoru, qan istehsalı ilə əlaqədar bəzi faktorlar, interferon (virusəleyhinə)kimi qoruyucu və böyüməyi təşkil edən faktorlar vardı.

    Fermentlər

    Ana südündə həzmə kömək edən 20 dən çox maddə vardır. Bu maddələrin bir qismi körpədə həzmi asanlaşdırarkən bir qismi də hüceyrə səviyyəsində mikrobların bədəndə təsirsiz hala gətirilməsi əsnasında dəstək təmin edir. Ana südündə hormonlar da mövcud olub, bu hormonların rolları araşdırılmaqdadır. Ana südündə ayrıca, hələ təsbit edilə bilməyib var olduğu düşünülən başqa bir çox faydalı faktor və faydalı təsirdən danışılmaqdadır.

    Anaların körpələrinə verə biləcəkləri ən gözəl hədiyyə onları öz südləri ilə bəsləməkdir. Ailələrin də analara edə biləcəkləri ən böyük dəstək, onlara stressiz, dinc, şəfqətli bir mühit təmin etməkdir!
#17.04.2010 11:22 0 0 0