İllərdən bəri insanların müalicə məqsədi ilə bitkilərə yönəlməsinin bir çox səbəbi var.
Son illərdə bunun daha çox olmasının səbəbi sağlamlıq sığortalarının və dərmanların qiymətlərinin yüksək olmasıdır. Bəzən isə bitkilər problemlər üçün ən sağlam və təbii üsul olaraq seçilir.
Los-Ancelesdəki Cesars-Sinai Sağlamlıq Mərkəzi bitkilərin tibbi dərmanlarla eyni təsirə malik olmadığı qənaətindədir. Ancaq çox vaxt olduqca faydalı olan bu bitkilər, dərmanlardan çox ucuz və daha az əks təsirə gətirib çıxarır.
Bu səbəblə xəstələr bitki müalicələrinə maraq duyur və həkimlər də gün keçdikcə bitkilərə daha çox yönəlir. Bəzi bitkilər faydalı olsa da, bəzilərinin həkim nəzarəti olmadan istifadə edilməməsi lazımdır.
Lent.az RealAge mütəxəssislərinin hazırladığı ən faydalı 12 bitkini və onun faydalarını təqdim edir.
Aloe: Cəmiyyət arasında ən çox tanınan və istifadə olunan aloe bitkisi günəş və ya qəzalar nəticəsində yaranan yanıqların müalicəsində seçilir. Bu bitkinin əsl faydalı hissəsi yarpağıdır. Yarpağın içindən çıxan su yanıqların səbəb olduğu ağrını azaldır və sağalma müddətini sürətləndirir.
Zoğal suyu yüksək xolesterol və ürək çatışmazlığı kimi çətinlikləri olan xəstələrin ürək sağlamlığına müsbət istiqamətdə təsir etməkdədir. C vitamini cəhətdən də olduqca zəngin olan qızılcıq suyu dişlərin çürüməsinə mane olar.
Çobanyastığı çayı bağırsaqlarda yaranan problemləri aradan qaldırmaqda təsirlidir. Ürək bulanması və qastroentirit müalicəsində də istifadə olunur. Çobanyastığının rahatlaşdırıcı xüsusiyyəti həm uşaqlar, həm də yetkinlər üzərində təsirlidir. Yatmaqda çətinlik çəkən uşaqlarda etibarla istifadə edilə biləcəyi kimi stressdə olduqları zaman da yetkinlər tərəfindən seçilə bilər.
Qəhvə tərkibindəki kafenə görə, çox istifadəsi təklif olunmasa da, bəzi vəziyyətlərdə müsbət təsirlərə də malikdir. Ağrıların azaldılmasında, bronxları açaraq qrip, soyuqdəymə kimi narahatlıqların müalicəsində istifadə edilə bilər. Koreyalı elm adamlarının araşdırmalarına görə qəhvənin tərkibindəki kafein fiziki müqaviməti də artırır.
Mahud çiçəyi yağı xolesterolu salmada istifadə edilər. Obezlik, həzm problemləri və tənəffüs yolları şikayətlərində də seçilən bir bitkidir.
Kətan toxumu Omeqa-9 və Omeqa-3 turşuları, lif, zülal, manqan, maqnezium, sink və digər minerallar baxımından olduqca zəngindir. Kətan toxumu döş xərçəngi, sızanaq, saç kəpəyi, şəkər, yüksək təzyiq, xolesterol, immunitet sistemi problemləri zamanı istifadə olunur.
Sarımsaq çox bəyənilməyən qoxuya sahib olmasına baxmayaraq, sağlamlıq baxımından olduqca faydalı bitkidir. Mikroblara və viruslara qarşı bədənə müqavimət qazandırır. Sarımsaq xolesterol və yüksək təzyiqin salınmasında, qan şəkərini nizamlamaqda, xərçənglə mübarizədə, bronxitin əlamətlərini azaltmada və immunitet sistemini gücləndirmədə olduqca təsirlidir.