Azərbaycan ABŞ-la birgə hərbi təlimlərdən imtina edə bilər

Son güncelleme: 19.04.2010 14:42
  • noimage

    Bu addımın hansı səbəbdən atılması şərh edilmir

    ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, ötən ilin aprel ayında "Regional cavab-2009" adı altında Azərbaycanda ABŞ hərbçilərinin də iştirakı ilə bölük səviyyəsində birgə təlim keçirilib.


    Oxşar təlimin bu il də keçirilməsi planlaşdırıldı.


    APA-nın əldə etdiyi məlumatına görə, Azərbaycan 2010-cu ilin may ayına nəzərdə tutulan və əvvəlcədən razılaşdırılan belə bir təlimin keçirilməsindən birtərəfli qaydada imtina etmək təşəbbüsü ilə çıxış edib.


    Bu addımın hansı səbəbdən atılması isə şərh edilmir.


    Bu istiqamətdə araşdırmaları davam etdirərək, ekspert rəylərini öyrənməyə çalışacağıq.

    LENT.AZ
#19.04.2010 14:42 0 0 0