Ermənistan protokolların ratifikasiyasını dayandırdı

Son güncelleme:
  • noimage

    «Ermənistan Türkiyə ilə normallaşma prosesindən çıxmır, lakin protokolların ratifikasiyasını dayandırır»


    Rəsmi Yerevan hələ ki, Ermənistan-Türkiyə proseslərinin normallaşdırılması prosesindən çıxmamaq, lakin protokolların ratifikasiyası prosesini dayandırmaq barədə qərar verib. APA-nın Novosti-Armeniya agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Prezidenti erməni millətinə müraciətində deyib.

    Müraciətdə həmçinin Ermənistan Prezidentinin Fransa, ABŞ, Rusiyanın liderləri və digər Avropa strukturları tərəfdaşları ilə bu məsələ ilə bağlı danışıqları davam etdirdiyi bildlrilib.

    «Mən onlara bizim təşəbbüsümüzə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Etiraf etməliyəm ki, bizim tərəfdaşlarımız məni prosesi davam etdirməyə, onu dayandırmamağa çağırırlar», - deyə Sarkisyan bildirib.

    Sonra S.Sarkisyan Milli Təhlükəsizlik Şurasında məsləhətləşmələr apardıqdan sonra prosesdən çıxmamaq və yalnız protokolların ratifikasiyası prosesini dayandırmaq barədə qərar verildiyini bildirib.

    «Əminəm ki, bunu bizim milli maraqlarımız tələb edir», - deyə Sarkisyan vurğulayıb.

    S.Sarkisyan onu da bildirib ki, Ermənistan protokollarda imzasını saxlamaq niyyətindədir.Belə ki, onun sözlərinə görə, münasibətlərin normallaşdırılması imkanını saxlamaq istəyir.
    «Bizim Ermənistan-Türkiyə münasibətlərin normallaşdırılmasına dair siyasi hədəflərimiz qüvvədədir və biz Türkiyədə irəliləyiş üçün müvafiq atmosferin olduğuna əmin olduqda, prosesin davamı məsələsini nəzərdən keçirəcəyik», - deyə Ermənistan prezidenti bildirib.

    Ermənistan prezidenti həmçinin Türkiyə Prezidenti Abdulla Gülə «bütün bu dövr ərzində nümayiş etdirdiyi siyasi korrektliyə və aralarında yarınmış müsbət münasibətlərə görə» minnətdarlığını bildirib.

    Qaynaq:LENT.AZ
0 0 0