Bakı və Abşeron yarımadasında aprelin 23-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gündüz 14-16 dərəcə, axşam 8-10 dərəcə isti olacaq.
Aprelin 24-də havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gecə yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.
Aprelin 25-də havanın buludlu olacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz hava arabir açılacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.
Aprelin 26-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Gecə 7-9, gündüz 12-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 24-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında yağıntıların bəzi rayonlarda leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 12-15 dərəcə, dağlarda gecə 1-4 dərəcə, gündüz 6-11 dərəcə isti olacaq.
Aprelin 25-26-da əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Aprelin 25-də bəzi şərq rayonlarında yağıntının leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi aprelin 26-da qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 12-16 dərəcə, dağlarda gecə 0-3 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq.