Həzrəti Məhəmməd (s.ə.s) peyğəmbərə növbəti hörmətsizlik

Son güncelleme: 23.04.2010 11:47
  • noimage

    Həzrəti Məhəmməd (s.ə.s) peyğəmbərə növbəti hörmətsizlik Amerikada edildi. 'Nizamsız' tənqidləriylə reytinq rekordları qıran, dünyanın bir çox ölkəsində də seyr edilən 'Böyüklər üçün cizgi serialı' South Parkda Həzrəti Məhəmməd peyğəmbərə(s.ə.s) ayı kostyumu geydirildi.

    Həzrəti Məhəmmədin(s.ə.s) üzünün göstərilməməsiylə əlaqədar olaraq İslam dünyasının həssaslığıyla lağ edilən animasiya serialın dünən axşam nəşr olunan 200-cü hissəsində peyğəmbər əfəndimiz oyuncaq ayı kostyumu geydirilmiş şəkildə əks etdirildi.

    TOM CRUİSE-nin TƏK ŞƏRTİ MÜSƏLMANLARIN PEYĞƏMBƏRİNİ GÖRMƏK

    Sərt reaksiyaları üzərinə çəkməsi gözlənilən mövzu, animasiya serialın 14. mövsümünün 5-ci hissəsində reallaşdı. Hissənin hekayəsi isə qısaca belə: Amerikalı məşhur oyunçu Tom Cruise, South Park qəsəbəsində təhqirə uğradığını iddia edib ətrafındakı 200 məşhurla serial xarakterlərinə iddia açar. Bundan sonra Stan adlı xarakter, Tom Cruisedən üzr istəyər. Ancaq Cruise, tək bir şərtinin olduğunu, Müsəlmanların peyğəmbərini görmək istədiyini, əks halda iddiadan imtina etməyəcəyini söyləyər.

    Həzrəti MƏHƏMMƏDin(s.ə.s) ÜZÜNÜ GÖSTƏRMƏMƏK ÜÇÜN AYI KOSTYUMUNU GEYİNDİRDİLƏR

    Tom Cruise, məşhur yoldaşlarına, "Dünyada zarafat edilməyəcək tək adam var, o da Məhəmməd, onun bu gücünü əlindən almalıyıq" deyər. Qəsəbə xalqının, iddia açılmaması üçün sözdə Həzrəti Məhəmmədi qəsəbəyə gətirdikləri açıqlayarlar. Ancaq üzünün görünməməsi lazım olduğunu, yoxsa bombalanacaqlarını iddia edərlər. Bu səbəblə Həzrəti Məhəmməd(s.ə.s) , oyuncaq ayı kostyumu içərisində təsvir edilər.

    DAVAMI DA VAR!

    Serialın bir sonrakı hissəsində də bu mövzuya davam ediləcəyi ifadə edilir. Serialın 200. hissəsini nəşr edən yerli və xarici video paylaşma saytlarında, mövzuyla əlaqədar çox sayda tənqidi şərh edildi.

    DAHA ƏVVƏL DƏ EDİLMİŞDİ

    Həzrəti Məhəmməd(s.ə.s) , daha əvvəl də South Parkda təsvir edilmişdi. Danimarkanı sarsıdan 'karikatura böhranının bir bənzəri 2006-cı ildə South Parkda yaşanmışdı. Serialda iştirak edən Həzrəti Musa, Həzrəti İsa, Həzrəti Məhəmməd xarakterləri, Müsəlman tamaşaçıların reaksiyasını çəkmişdi.

    mix.az
#23.04.2010 11:47 0 0 0