Pəhrizdə bəhanələr

Son güncelleme:
  • QAN ŞƏKƏRİM DÜŞDÜ

    Pəhrizi yarı yolda buraxan kəslərdən tez-tez "qan şəkərim düşdü" şikayətlənməsini eşidərsiniz. Əslində siz ağıllı bir pəhriz etsəniz, qan şəkəri asan-asan düşməz. Ancaq canınız birdən şirin istədiyində ağılınıza gələn ilk bəhanə qan şəkəriniz olar. Edilməsi çətin, şok pəhrizləri deyirsinizsə, sağlamlığınızı təhlükəyə atdığınız üçün qan şəkərinizin düşməsi olacaq. Ancaq, özünüzə uyğun, uzun müddət ərzində kilo vermənizi təmin edəcək sağlam pəhrizlər edirsinizsə, qan şəkəriniz düşündüyünüz kimi hər şirin gördüyünüzdə düşməz. Buna görə gün içində tez-tez meyvə yemənizə imkan verən pəhrizlər etməlisiniz, beləcə şirin ehtiyacınızı təbii yollar ilə qarşılamış olarsınız.

    PƏHRİZ MƏNİ DEPRESSİYAYA SALIR

    Xoşbəxtlik hormonu ifraz etmənizə köməkçi olan şokolad kimi şirinləri ya da makaron, çörək kimi karbohidratları birdən birə həyatınızdan çıxarsanız, pəhrizinizin üçüncü günündə özünüzü ümidsizlik içində tapmanız çox təbiidir. Buna görə həyatınızda prioritet verdiyiniz, sizə xoşbəxtlik verən qidaları qidalanma siyahınızdan yavaş-yavaş çıxarmalısınız. Məsələn: makaron ehtiyacınızı kəpəkli makaronlar ilə, şirin ehtiyacınızı isə çiyələk, banan kimi stresslə baş etmənizə kömək olacaq kalsium gücü yüksək meyvələrdən almalısınız.

    İŞLƏDİYİM ÜÇÜN PƏHRİZİMİ TUTA BİLMİRƏM

    İşləyən kəslər davamlı ofisdə olduqları üçün pəhriz proqramına sadiq qala bilmədikləri üçün şikayətlənərək, işləməyənlər isə pəhrizləri əsnasında özlərini məşğul edəcək bir şeylərin olmamasından dərdlənərlər. Əslində həm işləyən həm də işləməyən kəslərin asanca uyğun gələ biləcəkləri pəhriz proqramları mövcuddur, vacibi olan gündəlik tempiniz və proqramınıza görə bir pəhriz növü seçməkdir.


    KİLOLARIM GENLƏRİMDƏN GƏLİR

    Ailəcə kilolusanız, kilo vermək sizin üçün yalnız fizioloji istiqamətdən yük olmaz, eyni zamanda psixoloji olaraq da bu prossesdə çox təsirlənərsiniz. Amma bu vəziyyət, sizin heç kilo verə bilməyəcəyinizi göstərməz. Ailənizdə irsi olaraq inkişaf edən bir köklük olsa da, siz sağlam bir pəhriz proqramıyla və nizamlı məşqlərlə kilolarınıza vida edə bilərsiniz. Uğursuzluğunuz; irsi mirasınız olan- bünyənizin, kiçik yaşınızdan etibarən böyük boşqablara, kilo edən kalorisi yüksək yeməklərə vərdiş etməsidir. Ancaq doğru və proqramlı bir pəhriz ilə bütün bu problemlərdən asanca xilas ola bilərsiniz.

    DAHA ƏVVƏL ÇOX SINADIM AMMA UĞURLU ALINMADI

    Başqalarının nəticə əldə etdiyi pəhrizlərdən müvəffəqiyyət əldə edə bilməməniz, sizi ümidsizliyə uğratmasın. Təcrübələrinizi nəzərdən keçirərək pəhriz səhvlərinizi təyin edin. Çox qatı qaydalar qoymusuz, erkən təslim olmusunuz, ya da psixoloji olaraq o dövrdə pəhriz etməyə hazır deyildiniz? Bütün bu sualların cavablarını tapmağa çalışın. Bu sınaqdan sonra daha eyni səhvləri təkrarlamayın.


    SU İÇSƏM BƏS EDƏR

    Qısa müddətdə istədiyi kiloları verə bilməyib pəhrizlərini yarı yolda buraxanların ən çox arxasına sığındıqları bəhanələrdən biri də bədənlərinin pəhrizə uyğun olmadığıdır. Su içsə kifayət etdiyiniı düşünən bu kəslər,pəhriz etməyə uzaq durarlar. Onlara görə, yedikləri ya da içdikləri hər şey kilo edər. Özlərini "su içsəm kifayətdir" deyə təsvir edən bu kəslərin pəhrizləri də çox uzun çəkməz. Halbuki edilməsi lazım olan qidalanma nizamına uyğun bir pəhriz seçmək və pəhriz siyahısına kalorisi yüksək yeməkləri qəbul etməməkdir.

    BƏS BƏHANƏ DEYİLSƏ?

    Pəhriz tuta bilməmənizin arxasında sağlamlıq problemləriniz də ola bilər. Bəzi mineralların əskiklikləri bədənin kilo verməsini maneələr yaradar. Maqnezium, xrom, sink, dəmir, mis, selen və kalsium əskikliyinin aradan qaldırılması sağlam pəhriz tuta bilməyiniz baxımından çox vacibdir. Insulin hormonundakı yüksəlmələr gün içində qan şəkərində düşmə etdiyi üçün yorğunluq, baş gicəllənməsi, əldən düşmüşlük, hirs, tündxasiyyətlik və aclıq hissi yarada bilər. Bu səbəblə karbohidrat və yağdan tamamilə uzaqlaşmadan ancaq onları ciddi nisbətdə azaldaraq və məşq edərək kilo verməyi sınamalısınız. Bundan əlavə, kilo verə bilməyən kəslərdə depressiya, stress, yuxu pozğunluqları, mineral və vitamin əskikliyi ya da qida allergiyaları kimi digər səbəbləri də aşdırmaq lazımdır.
0 0 0