Gözəllik üçün kiçik sirrlər

Son güncelleme: 24.04.2010 14:53
  • Kartof gözün qıcıqlanmasını azaldır

    Gözlərdə qıcıqlanma hissini və qızartını aradan qaldırmağa kartof kompresi çox yaxşı kömək edir. Orta böyüklükdə kartofu sürtgəcdən keçirirsən. Alınmış məhlulu tənzif dəsmalın arasına qoyaraq sıxırsan. Gözlər və gözün ətrafına qoyaraq 10-15 dəqiqə saxlayırsan. Proseduradan sonra göz ətrafı dəriyə buz qoyursan.

    Nəmləndirici şirəli üzüm

    Üzümün möhkəm elastik qabığının altında meyvə ətində, şirəsində və çiyidində üzün dərisi üçün əvəz olunmayan nəmləndirici maddələr yerləşir. Üzüm giləsinin qabığını soyursan. Qabığı soyulmuş meyvə ilə üz dərisini silirsən. 10 dəqiqə sonra soyuq su ilə yuyursan.

    Qızartı üçün banan maskası

    Qızarmağa meylli quru dəriyə banan çox müsbət təsir edir. Yarım bananı çəngəl ilə əzərək 2 xörək qaşığı kəsmik və 1 çay qaşığı limon suyu əlavə edirsən. Qalın qatla üzə çəkərək 15 dəqiqə saxlayıb ilıq su ilə yuyursan.

    Qırışlara qarşı süd, limon və konyak

    Yarım stəkan süd, 1 çay qaşığı limon suyu və 2 çay qaşığı konyakı qaynadırsan. İsti qarışığı (təbii ki, qaynar olmayan) üzə, boğaza və çiyinlərə çəkərək quruyana qədər gözləyirsən. Sonra sərin su ilə yuyursan.

    Kahının möcüzəli təsiri

    Dəriyə adi kahı yarpaqları möcüzəli təsir göstərəcəkdir. Yarpaqları yuyub qurutduqdan sonra xırda-xırda doğrayıb ətmaşınında çəkirsən. Üzərinə 1 çay qaşığı bitki yağı və ya turş olmayan smetan əlavə edirsən. Üz və boğaza çəkərək 10-20 dəqiqə saxlayıb isti su ilə yuyursan. Sonra isə soyuq su ilə yaxalayırsan.
#24.04.2010 14:53 0 0 0