Evlənməmişdən bürcünüzü dinləyin [1]

Son güncelleme: 24.04.2010 15:12
  • Qoç Bürcü və evlilik

    Həyatınıza gözlənilməyən hərəkət gətirib rəng qata bilər. Əgər bu bürcdən biriylə həmişəlik xoşbəxt yaşamağı planlayırsınızsa, hər an hər şeyə hazır olmalısınız. Təkrarlanan bir əlaqə gözləmək böyük bir səhv olar. Bir çox kişi, Qoç qadınını əldə tutmağı çox çətin görür. Bu bürcün qadınları qürur və güc axtarırlar, amma bir az da itaətlilik gözləyirlər; çünki onlara çox əmr edilməsindən xoşları gəlmir. Əgər bu şəxsiyyətdə bir kişisinizsə heç düşünmədən bir Qoç qadınıyla evlənə bilərsiniz. Evlilik həyatınız çox rəngli olacaqdır!

    Buğa Bürcü və evlilik

    Buğa bürcü qadını və kişisi ümumiyyətlə böyük toyları seçirlər. Evlilik qərarı Öküz bürcü insanı üçün çox çətin verilən bir qərardır. Bu çətin qərarı verdikdək sonra hər şeyi ən incə xırdalığına qədər planlayaraq, tətbiq edirlər. Dəbdəbəli və çox gözəl bəzənmiş bir toy istəyirlər.

    Evliliyin ilk zamanlarından sonra Öküz bürcündən olan kişilər həyat yoldaşına tamamilə sahiblənir. Əgər sadiq və etibarlı Öküz bürcü kişisi ilə evlənsəniz hər cür ehtiyacınızın qarşılanacağına əmin ola bilərsiniz. Öküz qadını üçün ən öndə olan iş həyatıdır. Kariera onlar üçün böyük əhəmiyyət daşıyır. Daha sonra bir ailə istəyirlər. Əslində sevgidən zəngin, ideal həyat yoldaşı olurlar. Uşaq sahibi olduqdan sonra isə evdar, yaxşı bir ana olurlar.

    Xərçəng Bürcü və evlilik

    Xərçəng bürcü çox evinə bağlı olandır. Nizamlı bir əlaqə və ailə həsrəti çəkirlər. Ailə onlar üçün dünyanın ən əhəmiyyətli anlayışıdır, buna dəyər verir və qoruyurlar. Əgər evliliklərində bir problem varsa inadla onu həll etməyə çalışarlar. Yəni ola biləcək hansısa problemi danışaraq həll etməyi üstün tuturlar. Bu da onların münasibətlərinin daha sabit olmasına gətirib çıxarır.

    Şir Bürcü və evlilik

    Şir bürcü üçün nəzarət etmək əhəmiyyətlidir. Bəzi insanlar üçün bunun qorxusu olmaya bilər, amma azadlığına önəm verən və sərbəst insanlar üçün ciddi bir problem yaradır. Əslində Şirin suverenliyinə düşmədən ayaqda dayana bilən bir insan, onun üçün çox daha faydalı olacaq. Vəziyyət nə olursa olsun, onunla evliliyin eyni zamanda rəngli və romantik keçəcəyinə də əmin ola bilərsiniz. Şir bücündən olan qadınlar, çox sevilmək istəyir. Laqeydlik edildiyini düşünsə inciyirlər. Həyat yoldaşının hər zaman arxasındadır və ona iş həyatı başda olmaqla, hər sahədə lazım olan dəstəyi verirlər.

    Qız Bürcü və evlilik

    Qız bürcündən olanlar, evlənərək müəyyən bir nizamın olmasını istəyir. Pul onlar üçün çox əhəmiyyətlidir. Evlənmədən əvvəl lazım olacaqları ödəyə biləcəyindən əmin olmaq istəyirlər. Evini rahatca yola verə biləcək qədər pulu olmalıdır. Bu bürcdən olan həm qadın və həm də kişisi, bir-birlərini tənqid etməyə, səs-küy etməyə meylli insanlardır. Bu, yoldaşının etibarını azaltmaq baxımından mənfi bir təsirdir.

    Qız bürcündən olan kişilər, bir problem olduğu zaman işləri yoluna qoymaq üçün əlindən gələni edirlər. Qız bürcü insanları nizamlı, təşkilat qabiliyyəti güclü olanlardır.

    Digər bürclər ikinci hissədə...
#24.04.2010 15:12 0 0 0