Evlənməmişdən bürcünüzü dinləyin [2]

Son güncelleme: 25.04.2010 06:16
  • Tərəzi Bürcü və evlilik

    Qərarsız olan Tərəzilərin evlənmə qərarı alması asan olmur. Münasibətlərinin zaman keçdikcə yaxşı olduğunu hiss etdiklərində rahatlaşacaq və qərar vermələri asanlaşacaq. Özlərini münasibətdə rahat hiss etməsələr ona eşqinizdə dürüst olduğunuzu hiss etdirmənizə ehtiyac olacaqdır. Bəzən adi mövzularda mübahisə yaradaraq sevginizi test edəcəklər. Amma bir dəfə güvənsələr evlənməyə qərar verirlər və əlaqənin xoşbəxt olaraq davam etməsi üçün əllərindən gələn hər cür səyi göstərirlər. Tərəzi bürcündən olan kişi və qadın, aşiq olduqları zaman özlərini həyat yoldaşlarına həsr edirlər.

    Əqrəb Bürcü və evlilik

    Bir çoxu öz dünyasında azadca hərəkət edə bilmək istəyir. Xarici görünüşlə uyğunlaşma onun üçün çox əhəmiyyətlidir. Onun barmağına bir dəfə evlilik üzüyü taxa bilsəniz işlər tamamilə dəyişəcəkdir. Bir çoxu bu vəziyyətdə diqqətli, sevgidən zəngin və hər vəziyyətdə həyat yoldaşını müvəffəqiyyəti üçün dəstəkləyən yoldaş olurlar.

    Əlaqədə həqiqətən güvən hiss etməsələr çox qısqanc olurlar. Həyat yoldaşlarının güvən dolu bir mühit yaratmasını gözləyirlər. Həmişə evliliyini qorumaq üçün əlindən gələni edirlər.

    Oxatan Bürcü və evlilik

    Oxatan bürcü üçün evlilik, macəra və kəşfdir. Bu həyəcanın qurtardığı yerdə problemlər meydana gəlməyə başlaya bilər. Sədaqətdə etibarlı sayılmazlar. Hər işi birlikdə etməkdən çox, həyat yoldaşlarını başqa sahələrə yönləndirməyə üstünlük verirlər; lakin bu, çox vaxt qısqanclıq böhranlarına yol aça bilər. Oxatan bürcü qadınları, uşaq sahibi olmağı sevirlər. Həyat yoldaşından asılı olmaqdan xoşları gəlmir. Oxatan bürcü kişiləri isə doğru qadını tapdıqları təqdirdə dərhal evlənməyə meyl edirlər.

    Oğlaq Bürcü və evlilik

    Oğlaq üçün nikah masasına oturmaq heç asan deyilidir. Hər şeyin qaydasında olmasını gözləyir və yoldaşının, evlilik təşkilatının hər xırdalığına əhəmiyyət göstərməsini istəyir. Evlilik onlar üçün ölənə qədər yaşanacaq bir birliyin başlanğıcıdır. Maddi mövzulara diqqət yetirirlər. Xüsusi həyatı və iş həyatı arasında tarazlıq quraraq ailəsinə lazım olan vaxtı ayıra bilmək istəyirlər. Oğlaq, romantik olaraq seçilən bürclərdəndir.

    Dolça Bürcü və evlilik

    Qorxularından, narahatlıqlarından xilas ola bildikləri anda evlənməyə qərar verirlər. Dolça bürcü insanı sadiq və əzmlidir. Lazım olan azadlığı həyat yoldaşlarına bəxş edirlər, təzyiq olmadan dəstəkləyici və sevgidən zəngin bir həyat yoldaşı olmağa diqqət göstərirlər. Əgər onlara da bu haqqlar verilməzsə, azadlıqları məhdudlaşdırılarsa evliliklərində problem çıxa bilər.

    Özlərini etibarda hiss etmək istəyirlər və yalnız gerçək bir həyat yoldaşı bunu ona hiss etdirə bilər. Evliliklərində fərqlilik axtarır və yeni maraq sahələrinə meyl göstərirlər. Əgər ictimai həyatları məhdudlaşdırılarsa problem çıxa bilər, çünki bütün vaxtını yalnız bir adamla keçirməkdən xoşları gəlmir.

    Balıq Bürcü və evlilik

    Balıq bürcündən olanlar, həyat yoldaşı ilə birlikdə xəyallarını reallaşdırmaq istəyirlər. Balıq üçün bal ayı əsla bitməz, şəfqət dolu, yuxu kimi bir evlilikləri olur. Bəzi balıqlar isə evliliklərində bir müddət sonra ilk günləri üçün darıxırlar, gerçəklik onlara pis təsir edir. Balıq bürcü qadınları həyat yoldaşlarının ehtiyaclarına əhəmiyyət göstərir. Şəfqətli bir anadırlar. Ailəsiylə birlikdə olmaqdan zövq alırlar. Balıq bürcü kişisi isə çox romantik, uşaqlarına və həyat yoldaşlarına qarşı çox dəstəkləyicidir.
#25.04.2010 06:16 0 0 0