Necə unudaq? Maraqlı və məsləhətli
Aperin 30-u... Gözəl günəşli bir gün... Azərbaycan Tibb Universiteti.... Tənəfüs vaxtı.... Artıq 1-ci dərs geridə qalıb, bir qız tələbə qrup yoldaşlarıyla universitetin bağçasındakı fəvvarənin kənarında oturub... Hava isti, tələbələr deyib gülürlər... Kimisi dərsi necə cavab verdiyindən, kimisi bir sonrakı fəlsəfə dərsini öyrənib örənmədiyindən, kimisi isə yaxın rəfiqəsilə bir kənarda oturub nədənsə söhbət edir...
Necə unudaq?
Birdən yolda dayanan maşınlardan siqnallarının səsi yüksəlməyə başlayır.. Tələbələrə elə gəlir ki, yene də hərzaman olduğu kimi yolda tıxac yaranıb. Ama bu qızı nəsə narahat edir... "Heç xoşuma gəlmədi bu səs küy" deyir öz özünə, ama sonra fikirləşir ki, bəlkə də yenə uşaqların dediyi kimi tıxacdan belə səs küy qopub. Pis fikirləri beynindən uzaqlaşdıraraq söhbətinə davam edir.
Necə unudaq?
Birdən onlarla təcili yardım maşınlarının o qorxuducu səsləri yüksələrək bir-birinə qarışır. Bu səslər get-gedə daha da yaxınlaşmağa başlayır. Universitetin tələbələri nə olduğunu anlamaqçün yola tərəf axışır. Fontanın yanında bu qiz və bir neçə rəfiqəsi qalır. Qızı qorxu bürüyür. Ürkür.... Nə olduğunu anlamağa çalışır ama heç kim ətrafdakı səs küyün səbəbini anlaya bilmir. 5-10 dəqiqədən sonra qızın qrup yoldaşı Cavid qaça-qaça gələrək təngənəfəs halda "tez sinifə qaçın şəhərdə hansısa institutda qətl hadisəsi baş verib, çoxlu adam yaralanıb Semaşko-ya (1 No-li xəstəxana) gətirirlər" deyir. Semaşko ilə Tibb universitetini isə eni 4-5 metr belə olmayan dar bir küçə ayırır. Artıq Fəlsəfə dərsinin başlamağına 4-5 dəq qalır. Bütün tələbələr siniflərə gedirlər. Bu qız da öz qrup yoldaşlarıyla birgə tələshik əsas korpusa tərəf qaçır. Sinifə daxil olar-olmaz telefonun qulaqlıqlarını taxaraq radionu yandırır. Radioda Rəşid Behbutovun şah əsərlərindən biri olan "Gözəlim Sənsən" mahnısı çalınır. Təbii ki, o hay küydə hamı səbirsizliklə xəbərlər-in yayinlanmasını gözləyirdi. Çox şükür axır ki, xəbərlər başladı dedi tələbələr öz-özünə. Və budur, diktor danışır: "Bu gün səhər saatlarında Azərbaycan Neft Akademiyasının ikinci korpusuna silahlı basqın olub. Azərbaycan vətəndaşı olmayan, afroamerikalı şəxslər avtomat silahla ali məktəbin binasına daxil olaraq, tələbə və müəllimlərə atəş açıb. Silahlı şəxslərdən birinin tələbələri girov saxldığı bildirilir" Bu sözləri eşidən kimi qızın ayağları əsir. Bu anda qızın beynində ancaq bir fikir var idi "Təcili semaşkoya getməliyəm". Müəllim buraxmır. Ama patokun uşaqları birtəhər imkan tapıb müəllimi yola gətirirlər və müəllim 5 nəfərə icazə verir. Əlbəttə bu 5 nəfərin arasında bu qız da olur. Və budur qız Semaşkoya tərəf tələshik ama ürkək addımlarla irəliləyir. Səs-küy get-gedə daha da yaxınlaşmağa başlayır. Qadıların ağlayan səsləri eşidilir.
Necə unudaq?
Və budur qiz və qrup yoldaşları xəstəxananın həyətindədirlər hamı bir tərəfə qaçışır və bu qızın gözü yerə oturub kürəyini divara dayayan bir kişiyə sataşır. Bu kişi ürəyini oxalaya-oxalaya "oğlum....oğlumu tapın....oğlum hardadır?" deyə etrafdakılara- əynində həkim xalatı olan bu qıza yalvararcasına mürəaciyyət edir... Qız gözlərini bu kişidən qaçırır, üzünü xəstəxananın darvazasına tərəf çevirdikdə Təcili yardım maşınından cavan bir oğlanı çıxardıqlarını görür..... cavan oğlan başından güllə yarası almışdı, gözləri yarımaçıq, başından hələ də qan axırdı.... Qızın gözlərindən yaş gəlir-özündən asıı olmadan....Tezliklə özünə gəlməyə çalışır. Üzünü çevirib səs-küy gələn tərəfə baxdıqda isə "Ayazım, Ayazımı verin mənə!!! Ayazım Ayazımı verin" deyə bağıran bir qadının ağladığını görür.....
Necə unudaq?
Bu qız sizin lollipop idi... Heç bir yaxınına heçnə olmamışdı.... Ama o günü hələ də unuda bilmir. Unutmaq istəmir... Bəs o tələbələrin yaxınları? Onlar necə rahatlıq tapacaqlar?
UNUTMAYAQ: O tələbələrin yerində biz də ola bilərdik....