1 il keçdi

Son güncelleme:
  • Maraqlı və məsləhətli
    1 il keçdi...


    DÖN! deyə bilmir ki dilim.
    AĞLAMA! deyirəm, anlamır gözlərim
    SUS! deyirəm, dinləmir naləm
    DUR! deyirəm, elə hey vurur ürəyim

    30 Aprel, 2009-cu il...
    "Bu gün təxminən saat 9:30`da Dövlət Neft Akademiyası`nın ikinci korpusunda atışma baş verib. Şəxsiyyəti məlum olmayan silahlı şəxs binaya daxil olaraq, birinci mərtəbədən altıncı mərtəbəyədək odlu silahdan atəş açıb."

    "Səhər saatlarında Dövlət Neft Akademiya`sına silahlı basqın edilib. Şəxsiyyəti məlum olmayan bir nəfər şəxs binaya daxil olaraq atəş açıb. Nəticədə ölən və yaralananlar var."

    Bəli... O səhər biz bunları eşidərək gözümüzü açdıq yeni günə, yeni sabaha. Silahlı şəxs Dövlət Neft Akademiyası`na daxil oldu və göz qırpmadan, acımadan atəş açdı, öldürdü. O gün çox insanın həyatı dəyişdi.
    Gələcəyin valideynləri, hər hansı birimiz üçün bir gənc, bir vətəndaş, dostları üçün sirdaş, müəllimləri üçün tələbə, valideynlərinin gözündə isə hələ də böyüməmiş, körpə qalan övladlar. Vətənimizin oğulları və qızları.
    Hələ yaşanacaq nə günlər var idi. Gülünəcək nə çox əhvalatlar, gəziləcək nə çox yerlər, oxunacaq nə çox kitablar, dinlənəcək nə musiqilər. Düşünüləcək və qərar veriləcək bir çox planlar, böyük bir gələcək. Amma onlar üçün geri dönülməz bir yol seçildi.
    Onlar da bizim kimi idilər. Bəli, sənin kimi, mənim kimi, hər bir insan övladı kimi, hər azərbaycanlı vətəndaşı kimi. Fərqləndiyimiz bir şey isə... o gün orada bizim yox onların olması idi. Fərq bu idi.

    Demək çox, çox çətindir, amma... onlar... onlar artıq nəfəs almırlar .....

    Ölüm qapını çaldı,
    Arzular yarım qaldı,
    Güllər soldu, saraldı.
    ...30 Aprel...

    Səni əlimdən aldı,
    Qəlbimi yaraladı,
    Gözlərim yaşlı qaldı.
    ...30 Aprel...


    Yaxınlarınızı, əzizlərinizi, dostlarınızı sevin və bunu etiraf edin. Bacardığınız qədər. Sizin sevdiyiniz qədər qarşılığını görməsəniz belə sevin. Ölümün gözlə qaş arasında olduğunu unutmayın! Unutmayın ki, bir dəqiqə, bir saat, və ya bir ay sonra, fərq etməz, sizin də "qapınız" döyülə bilər. Unutmayın ki, ya siz "onlarsız", ya da "onlar" sizsiz qala bilərlər. Sevin və qədr bilin!
    Sağolun ki oxudunuz! Oxuyan gözləriniz var olsun!


    1 il keçdi...+1 il keçdi...+1 il keçdi...

    Müəllif : Rob_Pattz
0 0 0