Azərbaycanın tarixində yeni bir səhifə. Bu səhifə tariximizin digər səhifələrindən fərqlənir. Bu səhifədə nə azadlıq möhürü, nə beynəlxalq layihə nə də hər hansısa bir idman yarışı deyil. Bu səhifə Azərbaycan Dövlət Neft Akademiyasının qanlı səhifəsidir.
İlk dəfə Azərbaycanda yaradılan bu təhsil ocağı 1920-ci ildən 30 aprel 2009-cu ilə qədər dünyaya neçə böyük alim şəxsiyyətlər vermişdir. Neçə illərdir yetişdirdiyi elm xadimlərilə fəxr edən bu qocaman təhsil ocağı həmin gün öz göz yaşını fəxr etdiyi insanların sevinci ilə yox, terrora qurban verdiyi gənclərinin-övladarının qanı ilə əvəz etdi.
Hər gün burada bu korpusa gələn tələbələrin, müəllimlərin səsini bir anlıq silah səsləri boğdu. Bu səs onların səsini boğduğunu zənn etdi, amma olmadı. O bu səsi boğa bilməz, onun buna gücü çatmaz, cünki burada AzərBayCan gənci, AzərBayCan milləti öz dövlətinin, vətənin gələcəyi naminə orada idi. Bu gün o qatil belə hadisəni yaşatmaqla bizləri qorxutduğunu düşündü. Düzdü həlak olan müəllimlər bir daha o lövhədə olmayacaq, həlak olan o tələbələr o sinifdə oturmayacaq. Amma bizim qəlbimizdə, akademiyanın tarixində olacaqlar...
Bu hadisəni bizə yaşadanlar düşünməsinlərki bizi qorxutdular.Xeyir sadəcə onlar akademiyanın yanan təhsil ocağını dahada alovlandırdılar. Bu hadisəni törədənlər elə zənn etməsinlər ki, biz bundan bezəcək, bundan qaçacağıq, xeyir biz əsla və əsla bunu etməyəcəyik, biz tarix boyu akademiyanın yazdığı bu tarixi, gerçəkləri davam etdirəcək, dünyada mühüm şəxsiyyət olub sözümüzü deyib, gücümüzü göstərəcəyik.
Cünki biz AzərBayCan millətiyik.
Bunu törədən terrorçü bilirdi ki, bura Azərbaycandır və bunu da anlayırdı ki, biz bir millət olaraq yaramıza toxunan hər bir şəxsi və cəmiyyəti qanımız bahasına olsa belə layiqli cavabını veririk. Və buna görə də o özü özünü öldürərək düşündü ki, bizə layiqli dərs verdi.
O, Savalanı, Ayazı qətlə yetirərək Azərbaycan millətini, Azərbaycan millətinin gələcəyini yox etdiyini düşündü, amma o bilmədi ki, o bunu etməklə həyata neçə belə Savalanlar, Ayazlar bəxş etdi.
Bu hadisəni bir daha yaşatmamaq üçün həmin o tələbələr bizlərə, AzərBayCan gəncliyinə, AzərBayCan millətinə əyilməməyi öz yolunda daima davam etməyi göstərdi. Biz bunların şahidi olaraq nəinki Azərbaycanda, hətta dünyada belə bu kimi hadisələrin olmasının öz biliyimizlə, öz bacarığımızla qarşısını almalıyıq.
Biz bunu özümüzə görə yox, insanlıq xatirinə, insanlığı yaşatmaq xatirinə etməliyik.
Biz bunu etməklə kifayətlənməməli, hətta gələcək nəsillərə belə bunları öyrədib anlatmalıyıq.
ALLAH həmin hadisədə ölənlərə rəhmət eləsin. Ruhları nur içində olsun...