Yazı 2009-cu ildə "Mühakimə" qəzetində dərc olunub.
Əcəl aldı, yer gizlətdi, fani dünya kimə qaldı?
Dədə Qorqud
*** Müstəqil fikir:
Görəsən, insan hərdəm "mən" -i haqqında fikirlşir? "Mən" kimdir və ya nədir? Mücərrəd olan "mən" insanın hansı orqanında yerləşir. İnsanla ucu Allah arsında olan mücərrəd rabitə "mən" vasitəsiləmi alınır. Ürəkdə danışan, beyndə fikirləşən "mən" insanı idarə edir və formalşdırır. "Mən" güzgüdən baxan sürətdirmi, ruhdurmu? Deyirlər Allah insanın şah damrındadır. Bəlkə "mən" o damardır? İnsana ən yaxın olan "mən" həm dost, həm də düşməndir. Dost kimi məsləhət verən "mən" insanı bir şəxsiyyət kimi formalaşdırır. Məsləhət, enerji, sağlam düşünmə, şən əhvah-ruhiyyə məhs "mən"dən gəlir. Əgər hansısa, pis bir işini, hərəkətini ətrafdakılardan gizlətmək mümkünsə, "mən"dən gizlətmək çox çətindir. Əsasən gecələr, yorğanın altında, saatın əqrəbləri tıqqıldayanda, pəncərədən yarasanın səsi eşidiləndə insan öz "mən"iylə qarşı-qarşıya durur və pis hərəkətini, işini üzünə çırpır, tənqid edir. Başqasının acılamasına fikir verə bilməsəndə "mən"in acılayanda içində fəlakət baş verir. Səni acılayana iradını bildirə bilərsən ancaq onun - "mən"in qarşısında acizsən. Əsl faciə budur.
İnsanı sürüb-yıxan, psixikasına təsir edən sonda fartunaya və ya faciəyə gətirən ən sərt və eyni zamanda mülayim hər bir insanda yaşayan şah damar, ruh və ya "mən" deyilən məfhumdur. Bu üç məfhumdan biri Allaha hesabat verəcək. Deyirlər birinci qəbir gecəsi iki mələk basdırılan insanı hesabat edir. Əgər insanın son nəfəsində ruh və ya "mən" bədəndən çıxırsa, o iki mələk bu əşyaya bənzər meyiti nəyə görə sorğu-sual edir? Axı, nəşi idarə edənlər göylərə uçub. "Qur`ani Kərim"də Allah axirət gününü misal gətirib, göy başqa göy, yer başqa yer olmasını, ölülər diriləcəyini və`d verir. Deməli, ruh və ya "mən" öz insan bədəninə qayıdıb, uca Allaha hesabat verəcək.
Maraqlıdır, axirətdə - hesabat günü açıq havada yoxsa qapalı otaqda keçiriləcək? Açıq havada keçiriləcəksə, hava dumanlı, çıskinli, yaxıntılı, günəşli, axşam yoxsa səhər olacaq? Qapalı otaqda keçiriləcəksə, otağın necə dizaynı olacaq?
*** Müstəqil fikir
Ramazan ayı riyazi inteqrala bənzəyir. Sabit ədəd həmişə inteqralın önünə çıxır, ifadələr isə inteqral altında sadələşir. On bir ayın sultanı olan Ramazan ayında sabit ədədə bənzəyən pis əməllər edilmir,yəni bu ayda pis əməllər bir kənara qoyulur, il ərzində edilmiş günahlar ifadələr kimi sadələşir, yəni dualar vasitəsilə Uca Allah tərəfindən insan paklaşır. Sabit ədəd inteqral altında heç vaxt sadələşmir. İnsanın da elə günahları var ki, Allah-təala onu hesabını mütləq çəkəcək.
Riyazi törəməyə də fikir versək, görərik ki, sabit ədəd həmişə "sıfır"a çevrilir. Yəni insan cahilləşib, əməl dəftəri günahlarla dolub ki, Rəbbi qaşısında onun mənası yoxdur. Törəmədə sabitin yanında olan ifadənin üzərindəki ədəd həmişə sabitə vurulur, ifadənin üzərindəki ədəddən bir vahid çıxılır. Bu isə o deməkdir ki, ifadənin üzərindəki ədəd balaca günahlardır, zaman keçdikcə bu günahlar böyür və edilmiş günahlara vurulur, və baclaca günahlardan biri azlır.
Bu mülahizələr Allah-təala tərəfindən göndərilən işarələrdir. Hər bir kimya, fizika, riyaziyyat və s. dəqiq elmlər Allahın insan beyninə ötütdüyü işarələr sayılır.
*** Müstəqil fikir
Dəqiq elmlər Allahın işarələri olduğu aydındır. Bütün ilahi kitabları Rəbbimiz peğəmbərlər vasitəsilə nazil etmişdir. Elmlər isə akademik, professor, səyyah, tədqiqatçı və b. bu kimi şəxslərə nazil olmuşdur. Gözlə görünən hər şey, hətda, gözün özü belə işarədir. Ancaq insan bunu dərk etmək istəmir.
Coğrafiya elminə nəzər salsaq görərik ki, Uca Allah bu elmi başdan-başa insanlara işarə verib. Eratosfen, Strabon, Ptolomey, Bruni, N. Tusi və b. dahi insanlara fəhj olunan coğrafiya Allahın qüdrətini, hər şeyə qadir olmasının əyani sübutudur.
Allah-təala dağları yazadıb. Dağlar litosfer və okean tavalarının toqquşma sərhədində əmələ gəlir. Dünyanın ən hündür zirvəsi Comolunqma - Everest (8848 m) olan dağın zirvəsinə qalxdıqca yağıntının miqdarı artır. Ancaq Talış dağlarının zirvəsinə qalxdıqca əksinə yağıntının miqdarı azalır. Bu müqaisənin özü Allahdan ismarıcdır. Yüksəkliyə doğru yağıntının artması Allahı dərk etmək, insanın ali məqama çatmasına, kamilləşməsinə işarədir. Yağıntının yüksəkliyə doğru azalması isə insanın uçuruma addım-addım yaxınlaşmasıdır.
Hər dağın öz zirvəsi, öz xüsusiyyətləri olduğu kimi insanında Rəbbi qarşısında öz dərəcəsi var. Antarktidanın Vilson zirvəsi (5140) metrdə buzla örtülü olduğu halda, Avrasiyada Comolunqma (8848) metrdə buzla örtülüdür. Adəmin törəməsi olan bizlərin də Allah qarşısında xüsusi statusu olması gün kimi aydındır.
Azimutun təyin olması Allahın yolunu tapmaq, o yolla getməyə işarədir. Yer kürəsinin Şimal və Cənub qütbləri yaxınlığında güclü maqnit sahəsinin olması maqnitləşmiş kompas əqrəbini bu səmtə yönəldir. Həmin sahələr maqnit qütbləri adlanır. İnsan da harda olursa, olsun azan səsi eşidiləndə, namaz qılanda, adicə qurban kəsəndə üzünü qibləyə tutur. Qiblə insan beynilə maqnitləşmişdir.
*** Müstəqil fikir:
Allah biz - insanları yaradıb, nəyə görə insan insanı aldatsın, yalan deyib evini yıxsın, əl çirki olan pulun üstündə ana-atasını, bacı-qardaşını, ən əsası vicdanını satsın. Belə olmaz! İnsan vəhşi olmamalıdır. Allah-təala vəhşi, yırtıcı heyvanları yaradıb. İnsanı isə saf, təmiz bu dünyaya qismət edib. İlk dünyaya gələn körpə necə də safdır, pakdır. Hələ məktəb illərimdən xatırlayıram, Ədəbiyyat dərsində idik, şagirdlərin üstünə hirsli olan müəllimə bütün sinifə "ağzınızdan süd iyi gəlir" kəlməsini demişdi. O zamanlar bu kəlməni başa düşmədim, tez ağızımı iylədim, ağızımdan kukuruz iyi gəlirdi.
İnsanı hansı amillər dəyişdirir? Zamanmı yoxsa mühitmi? Nə üçün insan fitnə-fəsad törədir? Şər-böhtan atır, ev yıxır, mələk simasında vəhşiləşir? Bu suallar cavabsız qalır. Yəqin ki, nə vaxtsa, Axirətdə mütləq bu cavabsız suallar cavablandırılacaq.
O "insan"ların yanında Axirətdən danışarkən canlarına vəl-vələ düşür, o günün, haq-hesab gününün gəlıməsini istəmirlər. Deyirlər, "qoy balalarımızın toyunu görək, həyatın ləzzətini dadaq, gəzək dolanaq, kef edək". Ay yazıq "insan", Sən bu arzularla necə yaşayır? Ürəyindəki niyyətlərin, arzuların çin olması, ümumiyyətlə varlıq olmanda Allahın rolu yoxdurmu?! Sən başqasının qarşısında əyilirsən, əl çirki olan pulamı vicdanını satırsan, hər səhər durub, iki rukət namaz qılmaq sənə ağırdırmı, mədə xəstəliyini bəhanə gətirib, on bir ayın sultanı, "Qur`ani Kərimin" nazil olunduğu ayda oruc tutmadığına görə xəcalət çəkmirsən?!
*** Müstəqil fikir
İnsan - o kimdir? İnsanlar müxtəlif olur. Elə insanlar var ki, özlərini "ağıllı" hesab edirlər, onlar həmişə digərlərini öz əsarəti altında sağlamaqdan həz alırlar, ancaq nə istədiklərini heç özləridə bilmirlər. Elə insanlarda var ki, özlərini "aftoritet" adlandırırlar. Belə insanlar ancaq başqalarını kapazaltı edir, kapazaltı olan insanlar isə bu "aftoritet" əmirlərindən, nəlayiq sözlərini eşitməkdən ləzzət alırlar. Bu cür "şəxslər" öz taleylerini az hallarda yaşayırlar. Ən acınacaqlısı odur ki, bir üzlərinə tüpürəndə o biri üzlərini çevirirlər.
*** Müstəqil fikir
Ürək - ürək bir varlıqdır. Onu həmişə dinləmək lazımdır. Bir haşiyəyə çıxım: Bir gün işə gedirdim, iş yoldaşım mənə bir mahnı diski gətirməsini söz vermişdi. Bütün yolu dostumun mahnı diskini gətirməsi barədə düşünürdüm. Ürək gətirməyəcək dedi, ağıl isə gətirəcək fikirləşdi. Bu iki qüvvənin hansının qalib gəcəyi məni düşündürürdü. Bütün yollu onlar mübahisə edirdilər. Ağıl fikirləşdi: "Sən, ürəyinə qulaq asma. O, həmişə darda qoyur". Ürək isə heç bir şey demədi. Uzun sözün qısası Ürək qalib oldu. Bu balaca münaqişə olsa belə burada işarə var. İşarə nədir? İşarələr barədə heləki, heçnə bilmirəm. Ancaq onlar var. Gün ərzində işarələr bizi əhatə edir. Hər bir insan səhər işə gedir. Səhər blokdan düşə-düşə gün ərzində işin haqqında fikirləşirsən, birdən qonşunun qapısından tək səbir gəlir və yaxud qonşun qabağına çıxır. Fikirləşirsən, görəsən, tək səbir gəldi, qonşunun ayağı bəddir. Yəqin bu gün işim alınmaz. Bax, bu balaca misalın özü bir işarədir. İşarələri - kodlaşmaları dərk etmək çətindir. Ancaq əminəm ki, tezliklə, bunun öhdəsindən gələyi bacaram.
Həvəskar yazıçı Kamilin dedikləri:
(Reallıqla əlaqəsi yoxdur)
Yazın ortaları idi, bacım "Sevil" kinoteatrına iki ədəd dəvətnamə vermişdi. Mən və qız dostum "Omen" kinosuna baxmağa getdik. Kino çox vahiməli idi. İkimizin də bədəni buz kimi idi. Nəhayət kino bitdi, evə qayıtdıq. O gecəni yata bilməmişdim. Sabahsı gün bir hekayə yazmaq qərarına gəldim. "Qorxulu anlar" adlı hekayəni 11 günə yazıb, bitirdim.
Cümə günlərinin biri idi. Burnum-başım axırdı. Bu cür hallar məndə müşahidə olunanda təxminən iki gündən sonra bərk öskürmə gecəni gündüzümə qatır. Allah tanış tibb bacılarını canını sağ versin, qonşumuz olan bir tibb bacısı "Yura" xəstəxanasında işləyir, iynə vurmaq lazım olanda onun yanına gedirdik. Yeddi iynə sağalmağıma kifayət etdi, sonuncu yedinci iynəni xəstəxanada işləyən başqa tibb bacısı vurdu. O günü keyfim yox idi. Yox elə bilməyin ki, iynələrin bitməsi keyfimə təsir etmişdi. Əksinə, sabah deşilməyəcəyimə görə sevinirdim. Keyfimin olmamasına səbəb səhərə qədər yatmayıb, "Qorxulu anlar" hekayəsini bitirməm idi. Hekayə yazmam tibb bacısını maraqlandırdı və hekayəmi sabah ona gətirməmi istədi. Sabahsı gün "Qorxulu anlar" adlı hekayəmi həmin tibb bacısına apardım. Hekayəyə göz yetirib, yan otağa keçdi və harasa zəng etdi. Sonra yanıma gəlib, mənə yalnız "Sabah saat 15.00 nəşriyyata getməlisən" dedi. Səhərə qədər yata bilmədim, həyacanlı idim. Vaxt-vədə yetişdi, saat 14.45 nəşriyyatda çatdım. Məni orta yaşlı bir qadın qarşıladı. Ondan tibb bacısının həyat yoldaşını soruşdum. Həmin qadın: "Müəllim 20 dəqiqəyə gələcək" dedi. Biz qazet müdürinin otağına keçdik. Qazet redaksiyası çoxda böyük deyildi. Müdürün otağından savayı daha 2 otaqda vardı. Otaqların birində 5-6 həmyaşıdım işləyirdi. Ağlıma belə gətirə bilməzdim ki, mən də onlardan biri olacam, qazetdə işləyəcəyəm. Təxminən yarrım saatdan sonra qazet redaktoru gəldi. Təssəvürümdə onunla görüşümüzü başqa cür fikirləşirdim. Atalar yaxşı deyib "Sən saydığını say, gör fələk nə sayır". Qazet müdürü məni çox soyuq qarşıladı. Hekayəmi ona təqdim edib, oradan çıxdım. Qazetdə "Qorxulu anlar"-ın çıxmasına ümüd belə etmirdim.
Növbəti həftənin cümə axşamı həmin tibb bacısı mənə zəng edib, bildirdi ki, "hekayən çıxıb, get qazetə". Sevincimdən bilmirdim nə edim.Tez nəşriyyata yolla düşdüm. Qazet müdürünün otağına dəli kimi sıçradım. Otaqda qazet müdürü, baş retaktor və o həmin bura birinci dəfə gəldiyim gün məni qarşılayan qadın var idi. Qazet müdürü cap olunmuş hekayəmi mənə uzaltdı. Həyacanla qazet səhifələrini varaqladım və hekayəm cap olunmuş səhifəni tapdım. Ancaq adımı səhv yazmışdılar.
O gün bu gün mütamadi olaraq hekayə və məqalələrimi o qazetdə cap edirdim.
Həyatda çox haqsızlıq görmüşəm. Anam və atam ayrılıb. Mən və anam ələ baxırıq. Bilirsinizmi ələ baxmaq nə deməkdir? Sənin həyatın başqasınıın keyfindən aslı olur. Əgər sənə çörək verən adamın keyfi sazdırsa, bu gün sənin çörəyin var, yox əgər keyfi yoxdursa, ay bədbəxt bu gün çörəksiz qalacaqsan. Elə günlər olub ki, evdə yemək tapa bilməmişik, ac qalmışıq. Mətbəxin pəncərəsindən qonşumuz taksi şoferi Ramizin öz balaları üçün bazarlıq etməsini görəndə atama lənət olsun deyirdim, bu an boş soyuducu işə düşürdü. Belə günlərin birində ac qarnına qazetə getdim. Ürəyim dolu idi. Qazet müdürü bu halımı görüb, nə baş verdiyini soruşdu. Hər şeyi ona nağıl etdim. O, da məni qazetdə çalışmağa dəvət etdi.
*** Müstəqil fikir:
İnsan yaradanın ən gözəl əsəridir. Allah insanı saf, təmiz, pak bu dünyada müsafir edir. Ana bətninə damla şəkilində düşən, sonra insan formasına gələn varlığa Allah ömür, tale yazır. Uca yardan yaradılmış insana doğru yolun kodunu da verir. Namazı kod şəkilində verən Allah insana saflığını qorumağı, pak olmağa çağırır. Ancaq Allahın sözündən çıxan şeytan insanın "mən"ni yoldan çıxarır. Şeytana tabe olan "mən" yavaş-yavaş çirkinləşir.
*** Kamilin dediklərindən:
(Reallıqla əlaqəsi yoxdur)
"İnsanlara inanmayın, aldanmayın!"
Bu başlığın necə də böyük mənası var.
Yadımdadır, nəşriyyata getmişdim. Yazdığım "Qorxulu anlar" adlı hekayə qazetdə nəşr olunmalıydı. Məni o həmin qadın qarşıladı. Biz redaktorun otağına keçdik Redaktor yazdığım hekayəni redaktə edirdi. Qadın məni redaktorla tanış etdi. Hekayə xoşuna gəldiyini deyən redaktor məni təriflədi, o an üzüm qızardı. Çünki, məni indiyənə kimi yazdığım hekayələrə görə tərifləməmişdilər. Yenicə tanış olduğum redaktorla bir az söhbətləşdik. Söhbətimizin şirin yerində qapı döyüldü. İçəri bir xanım daxil oldu. Xanımın dnışığı qeyri-adi idi. Həmin an bu qadının ya Marnauli ya da Boinisidən olduğunu anladım. Ancaq o zonalarda belə şirin dillər olur. Uzun sözün qısası şirin ləhcəli qadın cap olunmuş kitablarının dalınca gəlmişdi. Redaktor məni gənc şairə ilə tanış etdi. İlk addımlarını atan şairənin kitabını açıb, varaqladım. Gözüm bir şeirə sataşdı. Şeirin adı çox maraqlı və düşündürücü idi. "İnsanlara inanmayın, aldanmayın!" adlı şeiri oxuyarkən özümü qəribə hiss etdim. Şeir maraqla oxuduğumu görən şairə mənə öz kitabın hədiyyə verdi.
Hər gün o şeiri oxuyardım. Anacaq oxuduğum şeirin məğzini anlamıdım. Özlüyümdə fikirləşirdim, Allah biz - insanları yaradıb, nəyə görə insan insanı aldatsın, yalan deyib evini yıxsın, əl çirki olan pulun üstündə ana-atasını, bacı-qardaşını, ən əsası vicdanını satsın. Belə olmaz! İnsan vəhşi olmamalıdır. Allah-təala vəhşi, yırtıcı heyvanları yaradıb. İnsanı isə saf, təmiz bu dünyaya qismət edib. İlk dünyaya gələn körpə necə də safdır, pakdır. Hələ məktəb illərimdən xatırlayıram, Ədəbiyyat dərsində idik, şagirdlərin üstünə hirsli olan müəllimə bütün sinifə "ağzınızdan süd iyi gəlir" kəlməsini demişdi. O zamanlar bu kəlməni başa düşmədim, tez ağızımı iylədim, ağızımdan kukuruz iyi gəlirdi.
İnsanı hansı amillər dəyişdirir? Zamanmı yoxsa mühitmi? Nə üçün insan fitnə-fəsad törədir? Şər-böhtan atır, ev yıxır, mələk simasında vəhşiləşir? Bu suallar cavabsız qalır. Yəqin ki, nə vaxtsa, Axirətdə mütləq bu cavabsız suallar cavablandırılacaq.
O "insan"ların yanında Axirətdən danışarkən canlarına vəl-vələ düşür, o günün, haq-hesab gününün gəlıməsini istəmirlər. Deyirlər, "qoy balalarımızın toyunu görək, həyatın ləzzətini dadaq, gəzək dolanaq, kef edək". Ay yazıq "insan", Sən bu arzularla necə yaşayırsan? Ürəyindəki niyyətlərin, arzuların çin olması, ümumiyyətlə varlıq olmanda Allahın rolu yoxdurmu?! Sən başqasının qarşısında əyilirsən, əl çirki olan pulamı vicdanını satırsan, hər səhər durub, iki rukət namaz qılmaq sənə ağırdırmı, mədə xəstəliyini bəhanə gətirib, on bir ayın sultanı, "Qur`ani Kərimin" nazil olunduğu ayda oruc tutmadığına görə xəcalət çəkmirsən?!
*** Müstəqil fikir:
Elə insanlar vəhşiləşməyin!!! Axirəti fikirləşin. Axirətin yaxınlaşdığını görmürsünüz?! Finə-fəsad, qeybət, şər-böhtan, kişinin kişi ilə, qadının qadınla, naməhram qadınlar və kişilər və s. bu kimi Uca Allahın qadağan qoyduqları axirətin - haq-hesab gününün yaxınlaşdığına işarədir. O gözlənilən anın gəlməsini heç kim istəməz. Hər bir insanı Uca yaradana hesabat verəcəyi günü fikirləşəndə vahimə basır. Sadəcə o gündə rüşvət olmayacaq. (Bir anlıq təsəvvür edirəm, qonşum, bu fani dünyada hər şeyi rüşvətlə sahib olan Balaş o rüşvətin olmadığı gün nə edəcək? Görəsən, sorğu-sual edənə, keçən ildəki kimi qatil oğlunu həbsdən azad etmək üçün rüşvət verəcəkmi? Anasını və qardaşını itirən Ruhi ədalətlə rastlaşacaqmı?) .
Mütləq o gün gələcək!!! Maraqlıdır, planetmişdə neçe mlrd. insan yaşayır, bu insanlar növbə ilə Allah-təala qarşısında sorğu-sual ediləcək? Deyirlər, o gün insanın bütün orqanları dilə gələcək. Əgər həqiqətəndə belədirsə, yazıq bütün günü çənəsi vedrə bağlayan qeybətçi insana, zavallı namehram kişi və qadına, dünyanın "ən xoşbəxt" kişi və yeniyetmə oğlanlarla cinsi əlaqəyə girən, adını "kişi" qoyan kişilərə. Yəqin bunlar kimi "vəhşi heyvan"lara haq hesab gününün yarısı gedəcək.
Mütləq o gün gələcək!!! Allahın yolunu seçib namaz qılan, mədəsini bəhanə etməyib oruc tutan, bu fani dünyada Allah-təalanın yaratdığı insan kimi yaşayan böyük mükafata sahib olacaq. Rəbbimin və`d verdiyi Firdovs və Mə`va, Ədn və Nəim cənnətləri öz daimi sakinlərini gözləyir. O yerlərə getmək üçün pasport almaq lazımdır. Bu qiymətli pasportu ancaq namaz qılmaq, oruc tutmaq, yaxşı əməl və müqəddəs Qur`ani Kərim vasitəsilə əldə etmək olar. Belə olduqda (ey cinlər, ey insanlar) Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!