Ümid yeri

Son güncelleme: 12.05.2010 00:33
  • noimage

    Mayın 18-də Gənc Tamaşaçılar Teatrında Almaniyanın "Zudist-medicagentur e.K" və "Salnamə" sənədli filmlər studiyalarının birgə istehsalı olan rejissor Mojkan Erarinin "Ümid yeri" sənədli filminin ilk təqdimatı keçiriləcək.

    Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, filmin ssenari müəllifi və rejissoru Mojkan Erari, operatoru Ayxan Salardır. Montaj Branka Pavloviçə, musiqisi Emin Məmmədov və Sayalı Dadaşa malikdir.

    Filmin icraçı prodüseri isə Azad Axundovdur. Filmin ssenarisinə görə, 190 il əvvəl almanlar Azərbaycanın Göygöl, Gəncə, Ağstafa, Tovuz bölgələrində məskən salırlar. Uzun illər yerli əhali ilə mehribançılıq şəraitində yaşayan almanlar 1940-cı ildə Kremlin çıxardığı qəddar qərarı əsasında Qazaxıstana sürgün edilirlər. Lakin illər ötür, nə vaxtsa deportasiya olunmuş Gizella nəvəsini Vətəni saydığı Azərbaycana gətirir.

    Xəyalə
#12.05.2010 00:33 0 0 0