Zövqlə geyinmək üçün millionlara sahib olmaq vacib deyil.Bəs zövqsüz qadını nece digərlərindən seçmək lazımdır?!
Bu qaydalar sizə zövqsüz qadını yanılmadan ayırd etməyə kömək edəcək.
Bədən ölçülərinə uyğun olmayan geyim
Dar və qısa paltarlar kök qadının əynində çox pis görünür.Unutmayın ki,köndələninə zolaqlı paltar bədən ölçülərini daha böyük,uzununa zolaqlar isə əksinə bədəni yığcam göstərir.Əgər çiyinləriniz enlidirsə dəblə ayaqlaşıb enli çiyinli paltarlar geyinməyin,dar çanağı isə sıx paltarlarla daha da darlaşdırmayın.
Rəng uyğunsuzluğu
Göy,bənövşəyi,sarı,yasəmən rəngi,həm də eyni zamanda-daha zövqsüz bir şey tapa bilməzsiz.Rəngləri düzgün seçmək bir elmdir.Onlar bir-birilə ahəng təşkil etməli və çox nəzərə çarpan olmamalıdı.
Göy qurşağı
Rəngli geyimlər dəbdədir.Ancaq bir paltarda üçdən artıq rəng olmamalıdır."Nə qədər parlaq olsa, bir o qədər yaxşıdır" deyimi zövqün olmamasının əsas əlamətidir.
Böyük ölçülü geyimlər
Gen,əyindən"tökülən" geyimlər də dar geyimlər kimi səliqəsiz gorünür və qadının xarici görkəminə mənfi təsir göstərir.Əgər siz kökəlib və ya arıqlamısızsa mütləq qarderobunuzu dəyişin.
İç geyimlərinin görünməsi
Ətrafdakılara iç geyimini nümayiş etmək zövqsüz olmanın ən qabarıq əlamətidir.Zövqlü qadınlar iç geyiminin iplərini gizlətməli,geyiminə uyğun rəngdə geyinməlidir.
Həddən artıq qısa ətəklər
Qısa ətəklər istirahət üçün yararlıdır.Ancaq işdə və ya küçədə geymək üçün heç yaramır.Bədən ölçuləriniz imkan versə belə çox qısa geyimlərlə həvəs göstərmək lazim deyil.Onlar heç vaxt zövqlülük əlaməti olmayıb.
Ayaqqabı,paltar və aksessuarların eyni rəngdə olması
Qırmızı paltar,qırmızı ayaqqabı,qırmızı çanta-bu cür seçim pis zövqə dəlalət edir.Parlaq paltarla mütləq neytral ayaqqabı və ya əksinə parlaq ayaqqabı ilə neytral paltar geyinmək məsləhət görülür.Yadda saxlayın,eyni rəngdə ayaqqabı və çanta dəbi keçən əsrdə qaldı.
Şəkilli geyimlər
Çox şəkilli paltarlar geyinməkdən qaçın.Əgər ətək dama-damadırsa, o zaman köynək bir tonda olmalıdı.Və yaxud da əksinə
Parlaq görsənmək işıldamaq demək deyil
Parıltılar,parlaq zinət əşyaları dəblə ayaqlaşmaq istəyən qadınların seçimi deyil.Qızılı və ya gümüşü rəngləri solğun rənglərlə uyğunlaşdırmaq lazımdır.Birinin parlaq olması,parlaq çanta və yaxud da ayaqqabının parlaq olması kifayət edir.
Zinət əşyalarının bolluğu
Bütün zinət əşyalarını eyni anda taxmaq pis zövqün daha bir əlamətidir.Yadda saxlayın,üçdən artıq bəzək əşyası taxmaq sizi zövqsüz qadınlar sırasına salacaq.