Saçlarınız üçün təbii möcüzə: Ada çayı
Gözəlliyin sirlərindən biri olaraq qəbul edilən ada çayı ilə saçlarınızı daha sağlıqlı və daha canlı edə bilrsiniz...
Ada çayı ilə sağlamlıq: Su ilə çobanyastığı, ada çayı və mərsin yarpağının qarışdırılaraq hazırlandığı qarışığı qısa bir müddət qaynadın. Sonra dəmlənməsi üçün biraz gözləyin. İçindəki yarpaqları çıxarın. Saçınızı yuduqdan sonra saç diblərinizə masaj ilə birlikdə tətbiq edin.
Ada çayı və buxarlı tətbiq: Dağ kəkliyi, cökə, adaçayı və lavanta bitkilərini qaynadaraq əldə edəcəyiniz qarışığı buxar duşu əsnasında dərinizə tətbiq edin. Dərinizin təmizləndiyini və gözəlləşdiyini görəcəksiniz.
Saçlarınız mat və ya çirkli görünüşlü isə aşağıda ifadə edilən tətbiqlər sizin üçün faydalı olacaq.
* Yumurta sarısı və zeytun yağını qarışdıraraq masaj köməyi ilə saçınıza vurun. 10 dəqiqə gözləyin. Yuyub durulayın.
* Saçlarınızı yuduqdan sonra limon suyu və sirkə ilə saçlarınıza masaj tətbiq edin. Sonra saçlarınızı durulayın. Saç kremi tətbiq edin və təkrar yuyun.
Beləcə yuyunarkən təmizləyə bilmədiyiniz bütün çirklərdən saçınızın təmizləndiyini görəcəksiniz. Bir sonrakı tətbiqiniz üçün iki həftə ara verin.
Saç qırılmasının qarşısını necə almaq olar?
Saçlarınız nə qədər sağlam və parlaq olursa olsun saç qırıqları var isə saçlarınızın keyfiyyətinə kölgə düşdüyünün göstəricisidir. Saç boyaqlarının və fen tətbiqinin səbəb olduğu saç qırıqlarınızdan necə xilas olacağınız haqqında ümumi məlumatlar verək sizlərə..
Üsullar:
* Daha geniş dişləri olan daraqlar istifadə etməlisiniz…
* Yaş saçlarınız həssasdır və bunları daramayın..
* Çox isti fen ilə qurulamayın…
* Daha çox ipək yastıqlar seçin. Saçlarınızın qırılması azalar.
* Ən üstdən saçların ucuna doğru yumşaq bir daraqla darayın…
* Saç boyasını olduqca az istifadə edin. İçindəki kimyəvilər saçlarınızı köhnəldər…
* Boya ilə perma etdirəcəksinizsə əgər aradan iki həftə vaxtın keçməsinə diqqət edin.