Xəmirə sarılmış toyuq budları

Son güncelleme: 21.08.2011 17:57
  • noimage


    Tərkibi:

    1 lay qat-qat xəmir(hazır yoxsa,özünüz də evdə hazırlaya bilərsiniz)
    Toyuq budları
    Pendir
    2-3 diş sarımsaq
    Duz,istiot

    Hazırlanması:


    Soyuducudan hazır xəmir çıxarılır yumşalması üçün kənara qoyulur.
    Qeyd: Belə xəmir yoxsa,mayasız,yağlı xəmir yoğrularaq bir neçə dəfə açılır və təkrara yayılır.Sonda bir də təkrara yayılaraq dincəlməyə qoyulur.


    Sonra toyuq budları sarımsaq və duz,istiotdan hazırlanmış sosla yaxşıca qarışdırılır.

    Xəmir şəkildəki kimi nazik dilimlər halında kəsilir.


    Sonra toyuq budlarının dərisi altına pendir qoyulur.


    Və budları kəsdiyimiz xəmir dilimlərinə sarıyırıq.


    Sarılmış budları listdə yağlı kağız və ya folqa kağızı üzərinə qoyaraq 180 dərəcədə 30-40 dəqiqə bişirilir.


    Qeyd: Toyuq budları çox böyükdürsə,əvvəlcə onları azca qaynadın.
    Nuş olsun!
#14.05.2010 14:49 0 0 0
  • Teshekkurler
#02.08.2011 13:22 0 0 0
  • lezzetli gorunuyor.
#21.08.2011 17:57 0 0 0