Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycandan üzr istəyib

Son güncelleme: 21.05.2010 14:40
  • noimage



    Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökuməti və xalqından üzr istəyib.

    AYİB-in Bakı ofisindən “APA-ECONOMICS”ə daxil olan məlumata görə, buna səbəb Bankın 2009-cu il üzrə “İllik Hesabat”ında dərc olunmuş xəritədə Dağlıq Qarabağın səhvən Azərbaycanın inteqral bir hissəsi kimi göstərilməməsi və bu üzdən Azərbaycan xalqında yaranmış narahatçılıq olub.

    “Dünən axşam buraxılmış səhv haqqında məlumat əldə edən kimi AYİB-in Bakıdakı nümayəndəliyi Azərbaycan hökuməti ilə əlaqə saxladı. Buraxılmış səhv “İllik Hesabat”ın onlayn versiyasında dərhal düzəldilib, çap olunmuş “İllik Hesabat”lar isə dövriyyədən çıxarılıb”, – deyə açıqlamada bildirilir.
    LENT.AZ
#21.05.2010 14:40 0 0 0